Rauf Raif Denktaş anıldı - FotoQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu prezident Rauf Raif Denktaş vəfatının 11-ci ildönümündə məqbərəsində təşkil edilən mərasim və Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən proqramla anılıb.

Avrasiya.net xəbər verir ki, anım mərasiminə Denktaşın ailəsi, KKTC prezidenti Ersin Tatar, parlamentin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Yargıtay sədri Narin Şefik, Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, Kıbrıs Sİlahlı Qüvvələrinin komandanı general-mayor Sezai Öztürk qatılıb.

Mərasimdə prezident Ersin Tatar xatirə dəftərini imzalayıb və çıxış edib. Çıxışdan sonra dua oxunub.

Ersin Tatar xatirə kitabında bunları yazıb:

“Biz qurucu prezidentimiz Aziz Raif Rauf R. Denktaşı sevgi və böyük həsrətlə anırıq.
Kıbrısda Türklük şərəfi ilə Kıbrıs Türk xalqının azadlığını və suverenliyini qorumaq və Kıbrısın bir yunan adasına çevrilməsinin qarşısını almaq üçün həmkarlarınızla başladığınız böyük və dastan olan mücadiləniz, mübarizə əzminiz və qətiyyətli mübarizəniz heç zaman unudulmaz.

Sizin rəhbərliyinizlə həyata keçirilən bu müqavimətlə Kıbrısın yunan adasına çevrilməsinin qarşısı alındı, Kıbrıs Türk xalqı isə öz azadlığını, müstəqilliyini, vətənini, dövlətini qazandı. Kıbrıs türk xalqı sizə minnətdardır.

Quzey Kıbrıs Türk Cümhuriyyəti, təməlində böyük zəhmətiniz, alın təriniz və dastan olan mübarizənizlə bizə ən böyük etibarınızdır. Biz bu yadigarı əbədi olaraq qoruyacağıq.

“Xalqım məni türk əsgərlərini Kıbrısa gətirən adam kimi xatırlasın” ifadənizi xatırlayarkən, Sizin “Quzey Kıbrıs Türk Cümhuriyyətini yaşat, Ana Vətən Türkiyəyə sarılın” vəsiyyətiniz də bizim ən böyük şüarımızdır.

Əziz öndərimiz, biz sizi unutmadıq, unutmayacağıq, xalqımızın və böyük türk millətinin qəlbində əbədi yaşayacaqsınız.

Ruhun şad olsun”.

Gürcü qanuni oğru Trabzonda güllələndiTürkiyənin Trabzon şəhərində “Rezo Tbilisski” ləqəbli qanuni oğru Revaza Lortkipanidze qətlə yetirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.

Məlumata görə, Lortkipanidze yanvarın 14-də naməlum şəxslər tərəfindən güllələnib.

Bildirilib ki, gürcü qanuni oğrunu öldürmək üçün 4 nəfər Bolqarıstan ərazisindən Türkiyəyə keçib.

Polis faktla bağlı araşdırmalara başlayıb.
İranda 9 nazirin impiçmenti parlamentə çıxarıldıİran Nazirlər Kabinetinin 9 üzvünün impiçment məsələsi parlamentin Rəyasət Heyətinin müzakirəsinə verilib.

Bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad deyib.

Onun sözlərinə görə, nazirlərin impiçmenti ilə bağlı tələbi 10 millət vəkili imzalayıb:

“Bu, son vaxtlar ölkədə hakim olan iqtisadi problemlər və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Hökumətin iqtisadi komandası daha koordinasiyalı şəkildə hərəkət etməlidir ki, insanlar bazarda gündəlik qiymət dəyişikliklərinin ağırlığını az hiss etsinlər”.
İranda daha 4 məhkum edam edildiİranın Rudan, Şiraz və Zahidan şəhərlərində narkotik maddələrin ticarəti və adam öldürməkdə təqsirləndirilən daha 4 məhkum edam edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, edam edilənlərdən biri Miraxan Məhəmmədi adlı 26 yaşlı Əfqanıstan vətəndaşıdır. Digərlərinin kimliyi bilinmir.
İranda qadın məhbuslara zorla dərman verilirİran həbsxanalarında saxlanılan məhbuslara, xüsusilə Şirazın Adilabad həbsxanasındakı qadın məhbuslara zorla əsəb və sakitləşdirici dərmanlar verilir.

Axar.az xəbər verir ki, bu barədə Adilabad həbsxanasından yaxın günlərdə çıxan Leyla Hüseynzadə sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, məhbuslara məcburi dərman verildikdən sonra onlar hərəkət edə bilmir, hətta nitq qabiliyyətlərini bir neçə günlüyə itirirlər.

Tələbə hərəkatı fəalı bununla yanaşı adı çəkilən həbsxanada qadınların təhqir olunduğunu və zorakılığa məruz qaldıqlarını bildirib.
İstanbul boğazında gəmi saya oturdu, hərəkət dayandıUkraynadan hərəkət edən 143 metr uzunluğunda gəmi duman səbəbindən İstanbul boğazında saya oturub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“İstanbul boğazında Ukraynadan hərəkət edən yük gəmisi gəmi Sarıyer yaxınlığında saya oturub. Boğazda hərəkət dayandırılıb, xilasetmə işləri davam edir”, - məlumatda qeyd olunub.
Qərb sülh istəmir - Rusiyaya sığınan Medvedçuk danışdıUkraynada Rusiyaya casusluq ittihamı ilə həbs edilən və əsir mübadiləsi zamanı rəsmi Moskvaya verilən Rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk Ukraynaya "tövsiyələr" verib.

O, "İzvestiya" qəzetində məqalə ilə çıxış edib.

Məqalədə Medvedçuk Qərbi Ukraynada sülh istəməməkdə ittiham edib və ukraynalılara “Qərb kuratorları olmadan” demokratiya qurmağı təklif edib.

Onun sözlərinə görə, Rusiyanın maraqlarının olduğunu da qəbul etmək və yeni nizamın yaradılmasında bunu nəzərə almaq vacibdir. Medvedçukun fikrincə, mövcud vəziyyətdən iki mümkün çıxış yolu var:

"Dünya müharibəsi və nüvə münaqişəsinə doğru sürüklənmək, ya da bütün tərəflərin maraqlarının nəzərə alındığı yeni nizam quruculuğu prosesinə başlamaq".

Qeyd edək ki, 2021-ci aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Medvedçuk saxlanılıb. O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayında isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib
İnanmazdım ki, Rusiya bu qədər qurban verəcəkUkrayna ordusunun 2022-ci il fevralın 24-dən əvvəlki sərhəd xətlərini azad ediləcəyi ilə bağlı proqnozum iki səbəbdən özünü doğrultmadı. Birincisi, Ukrayna Silahlı Qüvvələrinə ATACMS verilmədi, ikincisi isə Rusiya komandanlığı işğal üçün ordusunda böyük sayda qurban verdi.

Bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

“Açığı, mən çox optimist idim, çünki ATACMS-ı Kiyevə verəcəyimizi düşünürdüm. Həm də Rusiyanın Baxmutda və onun ətrafında qurban verməyə hazır olduğu qüvvələrin sayını proqnozlaşdırmırdım. Bəs Qərb Ukraynanı lazım olan texnika ilə təmin edirmi ki, o, Rusiyanın logistikasına, komandanlığına və nəzarətinə hücumu davam etdirə bilsin?", - o bildirib.

Daha sonra Hoces Krım barədə danışıb. Onun sözlərinə görə, yarımadaya iki marşrut - Kerç körpüsü və quru dəhlizi var. Birincisi qismən zədələnib, ikincisi isə Ukrayna Silahlı Qüvvələrinin təzyiqi altındadır.

O hesab edir ki, Ukrayna yaxın aylar ərzində Krımı azad edəcək və Qərb bunun üçün bütün lazımi vəsaiti təmin etməlidir:

“Əgər 90 kilometr məsafə qət edən HİMARS raketi olan GMLRS-ı Ukraynaya verməsək, Kreml üçün sığınacaq yaratmış olarıq. Rusiya cəza almadan Krımdan, Rusiyadan və Belarusdan Ukraynaya atəş açır. Bu isə günahsız ukraynalı mülki şəxslərin öldürülməsinə gətirib çıxarır. Ona görə də biz onları (Ukraynaya - red.) daha uzaqmənzilli silah sistemləri və Krım yarımadasındakı hər şeyi vura biləcək ATACMS-la təmin etməliyik".
İran əhalisi sürətlə yoxsullaşır – Həqşünasİran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, işsizlərin sayının çoxalması yoxsul təbəqəyə mənsub insanların sayını kəskin artırıb.

İranın Əmək Nazirliyinə tabe “Fərdaye iqtisad” nəşrinin yazdığına görə, 2021-ci ildə aparılan araşdırmalar ölkə əhalisinin təxminən 30 faizinin, yəni 25 milyon 500 min nəfərinin mütləq yoxsulluqdan əziyyət çəkdiyini göstərir. Günü-gündən daha da pisləşən iqtisadi vəziyyət hazırda bu statistikanın daha yüksək olduğunu deməyə əsas verir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tanınmış iranlı iqtisadçı Hadi Həqşünas minimum əmək haqqı və pensiyada ciddi dəyişiklik edilmədiyi halda digər təbəqələr arasında yoxsulluğun artacağını bildirib.

“Ən optimist halda minimum əmək haqqı artırılan xərclərin yarısını kompensasiya edə bilər. Lakin cari ildə dövlət işçilərinin gəlirləri alıcılıq qabiliyyəti baxımından ötən ildən azı 20-30 faiz az olacaq. Hökumət rəsmi olaraq inflyasiyanın 40 faizdən çox olduğunu açıqlayıb. Amma maaş artımı 20 faizdir. Bu o deməkdir ki, hökumət builki inflyasiyanı kompensasiya etməyib. 2022-ci ilin aprel ayından oktyabrın əvvəlinə kimi ölkədə ərzaq inflyasiyası 80 faizə çatıb. Buna görə də gəlirlərinin əsas hissəsi mənzil və ərzağa xərclənən aztəminatlı vətəndaşlar üçün maaşların 20 faizlik artımının mənası yoxdur və bu, onlara kömək etməyəcək”, - iqtisadçı bildirib.

Qeyd edək ki, Dünya Bankının açıqladığı son statistikaya əsasən, İranda mütləq yoxsulluq səviyyəsi 2013-2019-ci illər arasında əhəmiyyətli dərəcədə artıb, son illərdə isə daha da sürətlənib.
İranda etiraz aksiyalarında indiyədək 524 nəfər ölübİranda etirazlarda 524 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 71-nin yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 19 401 nəfər həbs olunub. Onlardan 4 973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.