star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Beş yas mərasimi - marketlərə 35 min manatdan çox borc

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.

Avrasiya.net “qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə il öncə Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov tərəfindən yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb.

Buna səbəb həmin dövrdə beş yas mərasimindən vətəndaşların marketlərə 35 min manatdan çox borcunun yığılmasıdır. Məbləğin bu qədər yüksəlməsi isə həmin mərasimlərdə 3 cür isti yemək və şirniyyatların verilməsi olub.

Bununla bağlı V. Həsənov və bələdiyyə kollektivi şəhər ağsaqqalları, mollar və rayon ictimaiyyəti ilə görüşlər keçirib, əhali arasında təbliğatlar aparıb və uzun illər davam edən adət-ənənəni sadələşdirməyə nail olublar.

Qeyd olunur ki, artıq Şəmkirdə yas mərasimlərində isti yemək və ya şirniyyat verilmir, nəticədə vətəndaşlar yaxınlarının yas mərasimlərinə görə borclu qalmırlar.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər