İran Almaniyanın hərbi düşərgəsini vurdu
Dərc olunub:
Bu gün, 13:11
İran ordusu İordaniyadakı Əl-Əzraq Hava Bazasında yerləşən Bundesver səhra düşərgəsinə raket hücumu həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
“Martın 9-u gecəsi İrandan bazaya bir neçə ballistik raket atılıb. Bütün Bundesver əsgərləri bomba sığınacaqlarında olduğundan heç kim xəsarət almayıb. Raketlərin düşərgəyə birbaşa dəyib-dəymədiyi və ya hava hücumundan müdafiə sistemləri işə salındıqdan sonra qəlpələrin sözügedən əraziyə düşdüyü hazırda məlum deyil”, - məlumatda deyilib.
