Ümid işığı

Ümid işığıİnsan üçün ən qiymətli varlığ sağlamlıqdır. Sağlamlıq çox zaman fədakar və vicdanlı həkimlərin əllərində qorunur. Cəmiyyətin ən ağır və məsuliyyətli peşələrindən biri olan həkimlik yalnız təcrübə deyil, həm də böyük ürək, səbir və insan sevgisi tələb edən bir peşə nümünəsidir.

Azərbaycanın şimal bölgəsində, qədim Şabran diyarında uzun illər yaşayıb-yaradan, xalqına ümid və şəfa bəxş edilən cərrahlardan biri də İlqar Osmanovdur. Onun adı illərdir ki, bacarıq, məsuliyyət və insanpərvərlik anlayışları ilə yanaşı çəkilir.

Həkimlik sənətini həyat amalına çevirən İlqar Osmanov uzun illər ərzində yalnız bir tibb işçisi deyil, həm də səhiyyə sahəsində mühüm rol oynayan nüfuzlu bir şəxsiyyət kimi tanınmışdır. Onun fəaliyyəti yolu zəhmət, məsuliyyət və insanlara xidmət prinsipləri qurulmuşdur.
İlqar Osmanovun ailəsində həkimlik artıq bir ənənəyə çevrilmişdir. Onun həyat yoldaşı Kəmalə xanım ixtisasca ginekoloq-cərrah kimi uzun illərdir insanlara tibbi xidmət göstərir. Övladları da atalarının seçdiyi bu şərəfli yolu davam etdirirlər. Oğullarından Osman Osmanov Türkiyə Respublikasında mütəxəssis həkim kimi fəaliyyətini davam etdirir. Digər oğlu Orxan stomatoloq həkim olaraq çalışır. Kəmalə xanım və Orxan həkim Şabran şəhərində fəaliyyət göstərərək Şimal bölgəsinin sağlamlığının qorunmasına öz töhfələrini verirlər.

İlqar Osmanovun həkimlik ənənələri yalnız öz ailəsi ilə məhdudlaşmır o, gənclər arasında da xeyli sayda savadlı və bacarığlı həkimlərin yetişməsində öz təsirini göstərir. Tibbin müxtəlif sahələrində bir “həkim ordusu formalaşdırıldı. Onlardan biridə Şabran şəhərindəki Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Səxavət Cəbrayılov kimi yüksək səviyyəli müalicə həkimi olaraq tanınır və bölgədə nüfuz qazanmışdır. Hər bir həkimin inkişafı, uğurunun və etik prinsiplərə bağlılığının arxasında İlqar Osmanovun böyük təsiri dayanır. Onun tədqiqat və nümunəsi neçə-neçə gəncə həkim peşəyəsinə yiyələnməyə maraq göstərmişdir. İlqar Osmanovun ideallarını və fədakarlığını öz fəaliyyətlərinə çevirmişdir.

Bu geniş tibb ocağında hər bir həkim, bir növ, İlqar Osmanovu özündə mənəvi irs olaraq yaşadır. Uzun illərin təcrübəsinə malik olan İlqar Osmanov öz bilik və bacarıqlarını gənc tibb işçiləri ilə bölüşmək hər zaman vacib hesab edir. Onun yanında çalışan bir çox gənc həkim buna bariz nümunədir.

Hazırda o, Şabran Mərkəzi Rayon Xəstəxanasında şöbə müdürü olaraq fəaliyyətini davam etdirir və xalqın xidmətindədir.

İnsan həyatında elə peşələr var ki, onların dəyəri yalnız illər keçdikcə daha aydın görünür. Həkimlik də məhz belə peşələrdəndir. Bir insanın sağlamlığına qayıtması, bir ailənin sevincinə səbəb olmaq və bir insanın həyatını xilas etmək həkim üçün ən böyük nailiyyətdir.
İlqar Osmanov ömrünün 65-ci ilinə qədəm qoyarkən arxada qalan illər onun zəhməti və fədakarlıqla dolu həyat yolunun ən parlaq göstəricisidir. Bu illər ərzində o, yalnız bir həkim kimi deyil, həm də insanların yaddaşında xeyirxah və nüfuzlu bir şəxsiyyət kimi iz qoymuşdur.

Ömrünü insan sağlamlığına həsr edən bu dəyərli həkimə cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.

Altmış beş yaşın mübarək, əziz qardaşım!

Ceyhun Şüküroğıu
Bakı şəhəri 08.03. 2026.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər