SEPAH zabitləri Beyrutdan qaçdılar
Dərc olunub:
Dünən, 13:01
Son 48 saat ərzində bir neçə SEPAH zabiti hədəfə alınacaqlarından qorxaraq Beyrutdan qaçıb.
Bunu “Axios” nəşri üç mənbəyə istinadən yazıb.
Məlumata görə, bu zabitlər əsasən Hizbullahın hərbi məsləhətçiləri kimi xidmət edən Qüds Qüvvələrinin üzvləri olub.
Qeyd edək ki, Livan SEPAH zabitlərinin saxlanılması barədə qərar qəbul edib.
