50 ildir çimməyən iranlı 94 yaşında öldüİranda 50 ildən çoxdur çimməyən “Hacı dayı” ləqəbli qoca kişi vəfat edib.

Avrasiya.net modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın rəsmi "İrna" agentliyi məlumat yayıb.

Bildirilir ki, xəstələnmək qorxusu ilə yuyunmaqdan imtina edən iranlı 94 yaşında dünyasını dəyişib.

Fars əyalətinin Farsbənd rayonunun Dəcgah kəndində yaşayan qoca bir neçə il əvvəl kənd gəncləri tərəfindən hamama aparılsa da, o, maşından düşüb qaıb.

Xəstələnməkdən qorxduğu üçün çimməkdən qaçan qocaya illər sonra kənd sakinlərinin səyi ilə hamamdan istifadə edib, lakin bundan bir neçə ay sonra xəstələnərək dünyasını dəyişib.
Bürclərə görə orta ömür müddəti – Kim neçə yaşında öləcək?Amerikalı alimlər və astroloqların dünyanın bir sıra ölkələrində 60 min insan arasında apardığı tədqiqatlar bürclərin orta yaşam müddətini ortaya çıxarıb.

Avrasiya.net bizim.media-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı bürclərin hansı xəstəliklərdən daha çox əziyyət çəkdikləri və sağlamlıqlarına nə dərəcədə diqqət ayırdıqları da nəzərə alınıb.

Nəticələri diqqətinizə təqdim edirik:

Qoç

Bürc bürcü həm qadınlar, həm də kişilər üçün uzun ömür sürürlər. Qadınlar ən azı 78 il, kişilər isə 79 il ömür gözləyə bilərlər. Qoçların səhhətləri ilə bağlı əsas problemlər yuxusuzluq, miqren və ürək xəstəliklərinə səbəb olan stressdir.

Buğa

Buğalar ən uzun ömürlü şəxslər hesab olunurlar. Bu bürcün qadınları üçün orta ömür müddəti 80, kişiləri üçün isə 82 yaşdır. Bununla belə, piylənmə, sidik-cinsiyyət sistemi və oynaq xəstəlikləri, buğaların ömrünü əhəmiyyətli dərəcədə qısalda bilər.

Əkizlər

Kişilər üçün orta ömür uzunluğu 78 il, qadınlar üçün - 85 ildir. Əkizlər həyatlarında məna axtarmağa və onun zəifliyi haqqında düşünməyə meyllidirlər. Pessimizim və ümidsizlik onları tez-tez depressiyaya salır. Nəticədə əkizlərdə tənəffüs sistemində problemlər, çəki və əzaların xəstəlikləri yarana bilər.

Xərçəng

Qadınların həyat müddəti 73 yaşa, kişilərdə isə 68-ə çatır. Sağlam həyat tərzi qaydalarına məhəl qoymayan və həkimlərə baş çəkməyən bu bürcün nümayəndələri ömürlərini erkən başa vururlar. Xərçənglər tez-tez damar xəstəliklərindən, miyopiyadan və mədə-bağırsaq traktının pozğunluğundan əziyyət çəkirlər.

Şir

Bu bürcün əksər qadın və kişiləri üçün ciddi xəstəliklər həyəcan təbili çalsa da 74 yaşa qədər yaşaya bilirlər. Onların özəlliyi, bütün problemləri gizlətmələri və şikayət etməmələridir. Zəif ürək-damar sistemini, göz xəstəlikləri aslanlarda tez-tez müşahidə olunur.

Qız

Qadınlar üçün 81, kişilər üçün 77 il bu bürcün nümayəndələri üçün orta ömür müddətidir. Qızlar səhhətləri ilə bağlı ciddi narahatlıqlar yaşamasalar da, onların əksəriyyəti həssas həzm sisteminə malikdir və işlə əlaqəli stres pozğunluqlardan əziyyət çəkirlər.

Tərəzi

Tərəzi qadınları 77 yaşa qədər, kişilər 73 yaşa qədər yaşayırlar. Lakin bu bürcün nümayəndələri sağlamlıqlarına daha çox diqqət yetirsələr, ömür müddətlərini bir xeyli uzada bilərlər.Tərəzilər üçün potensial risklər dəri, bel və böyrək xəstəlikləridir.

Əqrəb

Əqrəblər nisbətən qısa ömür sürür - orta hesabla qadınlar 62 yaşa qədər, kişilər 63 yaşa qədər. Astroloqlar bunu əqrəblərin müalicə və müayinələrdən yayınmaları ilə əlaqələndirirlər. Onlar həkim müdaxiləsindənsə, ömürlərini erkən başa vurmağı seçirlər.

Oxatan

Oxatanların səhhətinin pis olması onların ömrünə təsir edir. Xroniki xəstəliklərin tam buketi olan əzələ-skelet sistemi və ürək-damar sistemindəki problemlər oxatan bürcünün ömrünü sözün əsl mənasında qısaldır. Qadınlar 73 yaş həddini, kişilər isə 69 yaş həddini nadir hallarda keçirlər.

Oğlaq

Oğlaqlar çox dözümlüdürlər. Onlar qocalığa qədər amansızlıqla onları təqib edən çoxsaylı xəstəliklərə cəsarətlə dözürlər. Onların bəziləri həyatları boyu nəinki çoxsaylı xəstəlikdən əziyyət çəkir, eləcə də yüksək zədələrə meyllidir. Sağlamlıqları ilə bağlı onları qarabaqara izləyən problemlər Oğlaq qadınlarına 80 ildən, kişilərə isə 77 ildən çox yaşamağa imkan vermir.

Dolça

Orta hesabla bütün Dolçalar 72 yaşa qədər yaşayırlar. Həm kişi, həm də qadın dolçanın sağlamlığını tibbi məntiqlə izah etmək çətindir. Onlar isti yay günlərində pnevmoniyaya yoluxa bildikləri kimi, bütün qışı heç bir tədbir görmədən xəstəliksiz başa vura bilirlər. Qan dövranı və streslə bağlı problemlərlə tez-tez rastlaşırlar.

Balıqlar

Bu bürcün qadınları üçün orta ömür müddəti 75, kişilər üçün isə 71 ildir. Balıqlar da oğlaqlar kimi həyatları boyunca saysız-hesabsız problemlərdən əziyyət çəkirlər. Ağciyər, dəri və oynaq xəstəlikləri bu bürcün nümayəndələrində tez-tez görülür.
Rusiyada borşa heykəl qoyulub - FOTOKursk şəhərində Rəssam Günü münasibətilə borş abidəsinin açılışı olub.

Bu barədə yerli internet televiziyası xəbər yayıb.

Abidənin müəllifi şəhər rəssamı Oleq Radindir.

Heykəldə yalnız adıçəkilən təamın hazırlanması zamanı istifadə olunan tərəvəzlər əks olunub. Burada kələm, kök, kartof və çuğundur qızılı rəngdə boyanıb.




Eynşteynin casus məşuqəsi - Dahi fizik ABŞ-ın nüvə sirlərini sevgisinə qurban verib - FOTOİki nəhəng şəxsiyyət arasında heç bir qadın bu cür oyun oynaya bilməzdi. Dahi fizik Albert Eynşteynin məşuqəsinə çevrilmək, dünya şöhrətli heykəltəraş Sergey Konenkovun həyat yoldaşı olmaq, bu statuslarda münasibətləri tənzimləmək və Moskvanın məxfi tapşırıqlarını yerinə yetirmək ona heç də asan başa gəlməyib. Bütün bu çətinliklərə baxmayaraq, Marqarita Konenkova üzərinə düşən missiyanı yerinə yetirməyi bacarıb.

1895-ci ildə Udmurtiyanın Sarapul şəhərində anadan olan Marqarita Konenkova (qız soyadı Vorontsova) gimnaziyanı bitirdikdən sonra təhsilini Moskvada Ali Qadın Hüquq Məktəbində davam etdirib. O, gənc yaşlarından ölkənin yaradıcı insanları arasında özünə yer tapıb, tanınmış yazıçılar, bəstəkarlar, rəssamlarla yaxın dostluq münasibətləri yaradıb, onların bütün tədbirlərində Marqarita Konenkova ən sevimli qonaq qismində iştirak edib. Cazibədarlığı, xoş münasibəti, intellekti ilə fərqlənən gənc xanıma bir çox tanınmışlar evlilik təklifi edib. Marqarita Konenkova isə bu təkliflərin içərisindən dünya şöhrətli heykəltəraş Sergey Konenkovu seçib.

Valideynləri bu seçimlə razılaşmayıblar, heykəltəraşın Marqaritadan 22 yaş böyük olmasına görə onlar bu evliliyə razılıq verməyiblər. Buna baxmayaraq, Marqarita öz seçimindən dönməyib və onlar 1922-ci ildə ailə həyatı qurublar.

1923-cü ildə Konenkovlar ailəsi Nyu-Yorkda təşkil olunan sovet incəsənət sərgisində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yollanıblar. Əslində səfərin rəsmi adı sərgi olub, qeyri-rəsmi isə Marqarita Konenkovanın ABŞ-da agent kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Beləliklə, 3 aylıq ABŞ-a səfər edən cütlük yalnız 22 ildən sonra SSRİ-yə qayıdıb.

Marqarita Konenkovanın Amerikadakı fəaliyyəti ilə bağlı sənədlərin yarıdan çoxu bu günə kimi də "məxfi" qrif altında saxlanılır. Bu illər ərzində o, böyük peşəkarlıqla SSRİ-nin xüsusi xidmət orqanlarına xidmət edib.

Onun qarşısına qoyulan ən çətin və mürəkkəb tapşırıq ABŞ-ın atom layihəsi ilə bağlı məlumatları toplamaq olub. Bu məqsədlə Marqarita Konenkovaya Albert Eynşteynlə münasibət yaratmaq tapşırığı verilib. Bu missiyanın yerinə yetirilməsində ona həyat yoldaşı yardımçı olub. Belə ki, 1935-ci ildə Eynşteynin işlədiyi Prinston Universiteti Sergey Konenkova dahi fizikin büstünü hazırlamaq sifarişini verib. Eynşteyn saatlarla heykəltəraşın qarşısında oturmaq məcburiyyətində qalıb. Artıq iki gündən sonra Eynşteyn bu üzücü "prosedur"dan bezdiyini bildirib. Üçüncü gün isə hər şey dəyişib. Həyat yoldaşının emalatxanasına gələn Marqarita Konenkova Eynşteynin ağlını başından alıb və elə həmin gündən sonra da dahi fizik emalatxanaya planlaşdırılmış vaxtdan bir neçə saat əvvəl gəlib. Münasibətlər günü-gündən daha da yaxınlaşıb. Eynşteyn ağlına da gətirməyib ki, Marqarita Konenkovanın bu münasibətlərdə tamam başqa bir məqsədi var. Amma məqsəd öz yerində, Marqarita Konenkova da Eynşteynə ürəkdən bağlanıb, onu sevib.

Eynşteyn Marqarita Konenkovanı bütün tədbirlərinə dəvət edib, onu öz həmkarları ilə, atom layihəsində iştirak edən alimlərlə də tanış edib. Bununla da cazibədar qadın agent zaman-zaman ABŞ-ın atom layihəsi haqqında SSRİ üçün lazım olan informasiyaları əldə edə bilib.

Bəzi araşdırmaçıların qənaətinə görə Eynşteyn Amerikanın atom sirlərini könüllü olaraq Konenkovaya açıb. Nüvə silahına sahib olan ABŞ-ın planetdə mütləq hakimliyi, hegemonluğu Eynşteyni ciddi narahat edib və o belə düşünüb ki, Amerikanı "susdurmağa" qadir olan ikinci bir dövlət olmalıdır.

Konenkovlar cütlüyü 1945-ci ildə geri, SSRİ-yə çağırılıb. Marqarita Kenonkovanın 22 il ərzində agent kimi xidmətləri açıqlanmayıb. Onların Moskvada qarşılanması isə Marqarita Kenonkovanın fəaliyyətinin hansı səviyyədə olması haqqında təsəvvür yaradıb. Belə ki, ailəyə Moskvanın mərkəzində 4 otaqlı mənzil, Tver küçəsində Sergey Kenonkov üçün böyük emalatxana və şəxsi avtomobil hədiyyə edilib. Sonralar məlum olub ki, İosif Stalin və Lavrenti Beriya Marqarita Konenkovanın xidmətlərini yüksək qiymətləndiriblər.

1990-cı illərin sonlarında isə Marqarita Konenkovanın təkcə agent yox, həm də Eynşteynin məşuqəsi olduğu da üzə çıxıb. Eynşteynin Marqaritaya yazdığı məktublar hərraca çıxarılanda həmin məktubların mətnləri kütləvi informasiya vasitələrində tirajlanıb. Dahi fizik bu məktublarda sevgi etiraflarını ifadə edib və Marqarita Konenkovaya ALMAR deyə müraciət edib - Albert və Marqarita...

1955-ci ildə Albert Eynşteyn, 1971-ci ildə isə Sergey Konenkov vəfat etdikdən sonra Marqarita Konenkovanın ağır illəri başlanıb. Uzun illər sovet kəşfiyyatına işləyən agent unudulub. Dahi fizikin məşuqəsi, dünya şöhrətli heykəltəraşın həyat yoldaşı 1980-ci ildə baxımsızlıqdan və imkansızlıqdan vəfat edib. Vəfatından sonra Marqarita Konenkovanın şəxsi arxivi Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən məhv edilib. (musavat.com)
Alimlərdən İNQİLABİ ARAŞDIRMA: İtlər COVID-19-un qoxusunu hiss etdilərXüsusi təlim keçən itlərin 94 faizi COVID-19 infeksiyasını aşkar edə bilirlər.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, İngiltərənin paytaxtı Londonda yerlən Gigiyena və Tropik Tibb Məktəbində (LSHTM) aparılan araşdırma zamanı məlum olub.

Təlim keçmiş itlər simptomları olmayan xəstələri belə aşkar edə biləcəklər. Həmçinin onlardan sərhəddə və ya hava limanlarında istifadə ediləcək.

Arasdırmanın son nəticəsində itlərin biyosensorlarının insan sağlamlığı məlumatlarını, habelə narkotikləri, qidaları və ya partlayıcı maddələri aşkar edə bildiyi xatırladılır. Qeyd edilir ki, itlər COVID-19-a səbəb olan Sars-CoV-2 nümunələrini 82-94 faiz nisbətində aşkar edirlər.

Alimlər tədqiqat üçün insanların istifadə etdikləri paltarları və üz maskalarını itlərə iylədiblər. Testlərdən birində isə bu heyvanların 6-na COVID-19-a tutulan 200 nəfərin corabları iylədilib. Məlum olub ki, itlər çox dəqiq şəkildə COVID-19-un qoxusunu hiss edirlər.
Mobil telefonla yuxuya gedərkən nə baş verir? – İNANILMAZ FƏSADLARMobil telefon demək olar ki, hər yerdə bizi müşayiət edir. Hətta səhərə kimi telefonla birlikdə yatıb, oyanırıq. Mobil telefon istifadəçilərinin 56%-i söndürüldükdə və ya boşalmaq üzrə olduqda stres yaşayır. Rus alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib. Eyni zamanda məlum olub ki, mobil telefonlar insan orqanizminə müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir.

Avrasiya.net lent.az-a istinadən bildirir ki, ümumiyyətlə radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Birincisi və ən təhlükəsi rentgen, ultrabənövşəyi (böyük miqdarda) və qamma şüalarıdır. 10 eV-dən çox bir enerji daşıyırlar, bu da bir elektronu bir molekuldan ayırmaq və kimyəvi bir əlaqəni qırmaq üçün kifayətdir.

İonlaşdırmayan radiasiya - görünən və infraqırmızı işıq, mikro və radio dalğalarıdır. Bu tip elektromaqnit təsirlər insanlar üçün şərti olaraq təhlükəsizdir, lakin bəzi hallarda enerjilərini maddələrin molekullarına köçürə bilər və titrəməsinə və istiləşməsinə səbəb olur.

Mobil telefonun radiasiyası ionlaşdırıcı deyil. Daim belə elektromaqnit təsiri ilə qarşılaşırıq. Bura mikrodalğalı sobalar, televizorlar, radiolar və ümumiyyətlə hər hansı bir elektrikli cihazlar daxildir.

Qeyd edək ki, son 20 ildə müxtəlif ölkələrdən olan tədqiqatçılar bununla bağlı 29 mindən çox elmi nəşr buraxıb, 1300 təcrübə və 300 epidemioloji tədqiqat aparıblar.

Nəticədə "mobil radiasiyanın" sağlamlığa heç bir zərər vermədiyi üzə çıxıb. Lakin buna baxmayaraq, smartfonun özü, ilk baxışdan hiss olunmayan, lakin uzun müddətdə görünən digər mənfi təsirlərlə sağlamlığa zərər verə bilər.

Yatdığımız zaman ekrandan çıxan mavi işıq dalğaları bədəndəki melatonin istehsalını pozur.

Melatonin bioloji hormondur. Bu hormin, bir növ axşam yuxusunun xəbərvericisidir. Ekrandakı işıq isə beyinə ötürdüyü siqnallarla yuxu hormonunun miqdarını azaldır.

Bir sözlə, yatarkən nəinki mobil telefonda, ümumiyyətlə elektron cihazlardan uzaq durun.
Türkiyədə 70 milyon yaşı olan ilbiz qalığı tapıldı - FOTOTürkiyənin Adıyaman rayonunun Sincik qəsəbəsində təxminən 70 milyon illik yaşı olduğu bildirilən qastropod (ilbiz) qalığı tapılıb.

Publika.az xəbər verir ki, qəsəbəyə bağlı Şahkolu kəndində bir çoban qaya üzərində qabartma rəsim görüb və aidiyyatı qurumlara məlumat verib. Rəsmi araşdıran Adıyaman Muzeyinin rəhbərliyi qabartmanın fotoşəkilini çəkərək İstanbul Texniki Universiteti Geologiya Mühəndisliyi bölümünün professoru Ercan Özcana göndərib.

Araşdırmalar nəticəsində bu qabartmanın çoxunun dənizlərdə, bir qisimi şirin və acı sularda, bir qismi isə quruda yaşayan qastropod - ilbiz nəsilinə aid bir heyvan qalığı olduğu müəyyən edilib.

Adıyaman Muzeyinin müdiri Mehmet Alkan qalığın təxminən 20 santimetr uzunluğunda, 7 santimetr enində olduğunu bildirərək deyib:

"Bu qalığın təxminən 70 milyon illik bir yaşı olduğu təxmin edilir."
Ronaldunun pişiyi xəsarət aldı və şəxsi təyyarə ilə müalicəyə getdi – FOTOHazırda Turinin “Yuventus” klubunda forma geyən Kriştianu Ronaldu və onun sevgilisi model Corcina Rodrigesin pişiyi xəsarət alıb.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, Pepe ləqəbli ev heyvanı Turin küçələrində gəzərkən avtomobilin təkəri altında qalıb. Xəsarət alan pişik müalicə üçün ulduz futbolçunun şəxsi təyyarəsi ilə İspaniyaya yola salınıb.

Qeyd edək ki, Pepe nadir sfinks cinsinə məxsusdur. Onun qiyməti 3 min avrodur.
Kişiyə hamiləlik diaqnozu qoyulub - Xaçmazda - SƏNƏDSosial şəbəkələrdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən İlkin adlı kişiyə şəkərsiz diabet ilə hamiləliyi başa çatdırma diaqnozunu qoyulması sənədi ictimailəşdirib.

Avrasiya.net xəbər verir ki, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Direktoru Səyyaf həkim xəstəliyi ilə əlaqədar işə çıxmır.
Bu qoyun üçün 500 min dollar ödənildi - FOTODünyanın ən bahalı qoyunu Şotlandiyada keçirilən “Scottish National Texel Sale” auksionunda satılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qoyun 367,5 min funt sterlinqə (490,6 min dollar) satılıb.

Teksel cinsindən olan qoyun “Double Diamond” (İkiqat brilliant) ləqəbi ilə tanınıb. Onun ilikin qiyməti 10,5 min funt sterlinq olub.

Teksle cinsli qoyunları Böyük Britaniyada ilk növbədə əla keyfiyyətli əti üçün yetişdirirlər.