Maska taxmadığı üçün keçini HƏBS ETDİLƏRHindistan polisi Uttar-Pradeş ştatının Kanpur şəhərində qoruyucu maska taxılmadığı üçün keçini həbs edib.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, şəhərin mərkəzində maskasız gəzən keçini görən polis əməkdaşı onu maşına qoyub və bölməyə aparıb.

Bir müddət sonra keçinin sahibi bölməyə gələrək keçinin buraxılmasını xahiş edib. Polis gələcəkdə bu qaydanın pozulmaması şərti ilə heyvanı sahibinə təhvil verib.
17 yaşlı oğlan 6 saata 200 diş çəkdirdiHindistanda 17 yaşlı Aşiq Qavai 6 saata 200 diş çəkdirib.

Avrasiya.net “BBC”-yə istinadla bildirir ki, həkimlər damaq ağrısı üçün həkimə müraciət edən oğlanı müayinə edərkən heyrətləniblər.

Belə ki, 17 yaşlı oğlanın ağzında nə az, nə çox 232 diş olduğu üzə çıxıb. Həkimlər bununla bağlı dərhal Hindistanın Səhiyyə Nazirliyinə məlumat veriblər

Bundan sonra nazirlik əməliyyat xərclərini öz üzərinə götürüb və Aşiq Qavai əməliyyata alınıb. Həkimlər onun alt və üst damağından 200 diş çıxarıblar. İndi onun normal insanlarda olduğu kimi 32 dişi var. Üstəlik, vəziyyətinin yaxşı bildirilir.
Quranda adı keçən məşhur quş Azərbaycanda - FotoGöyçayda nadir hallarda görünən Əbabil quşuna rast gəlinib.

Axar.az xəbər verir ki, bu quş rayon sakini Səid İsmayılovun həyətinə düşüb. Ev sahibi həyətə düşən quşu ilk dəfə gördüyü üçün tanımadığını bildirib. Araşdırmalar zamanı bu canlının Əbabil quşu olduğu məlum olub.

Səid İsmayılov həyətində başqa növ quşlar bəslədiyi üçün tapdığı Əbabil quşuna da böyük diqqətlə yanaşır. Ona qidalanmaq üçün lazım olan yem və ət verir.

Səid İsmayılov bu quşu bir neçə gün saxladıqdan sonra onu azad edəcəyini bildirib.

Qeyd edək ki, Əbabil quşları barədə Qurani-Kərimin 5 ayədən ibarət olan “Fil” surəsində, yəni 105-ci surədə söhbət açılır. Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə Əbabil quşu Qırmızı dəniz tərəfdən uçub gəlir. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutur. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb olur.

Xatırladaq ki, koronavirusa görə bağlanan Kəbə üzərində az öncə Əbabil quşları görünmüşdü.
Qazaxstanlı bodibilder koronavirus səbəbindən kukla ilə toyunu təxirə saldıQazaxstanlı bodibilder Yuriy Toloçko koronavirus pandemiyası səbəbindən “aşiq olduğu” kukla ilə evlilik mərasimini təxirə salıb.

“Gazeta.ru” xəbər verir ki, bu haqda hal-hazırda Tailandda olan idmançının özü deyib.

“Dostlar, karantin səbəbindən toy təxirə salınır. Karantin bitəndən bir neçə gün sonra toyumuzu edəcəyik”, - deyə Toloçko bildirib.

Qeyd edək ki, bodibilderin kuklasının adı Marqodur.
Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
Azərbaycanda yadplanetlilərlə görüşən insan yaşayır.

Avrasiya.net Baku.vs-ə istinadən xəbər verir ki, belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır. O, yadplanetlilərlə görüşdüyünü iddia edir.

Onun sözlərinə görə, ilk dəfə 1995-ci ildə UNO tərəfindən qaçırılıb. Amma bu, uzunmüddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.

Salman Cavadovun sözlərinə görə, o, gecəyarı eyvanda hündür məsafədən işıq gəldiyini görüb. Eyvana çatanda həmin işıq qəfildən sönüb. Beləliklə, eyvana düşən şüa və keyləşmə vasitəsi ilə Salman özünü UNO-nun içərisində görüb.

UNO-nu təsvir edən Salman müəllim onun tərkibinin alüminuma bənzədiyini söyləyir. Sakinlərinin xarici görünüşünə gəldikdə isə başlarının üçbucaqlı formasında, barmaqlarının üç ədəd olduğunu qeyd edir.

Salman Cavadov iddia edir ki, onu hündür mərtəbəyə qaldırıb bir otağa salıblar. Onu tanımadığı bir cihazın üstünə uzadıb beyninə naqillər keçiriblər. 15 dəqiqə keçdikdən sonra onu həmin cihazdan ayırıblar və o, bədənin boşaldığını, zəiflədiyini hiss edib.

Telepatik yolla onlara "mənə nə etdiniz” sualı verən Salman müəllimə cavablarında ona yerdə aldığı elmin surətini çıxartdıqlarını söyləyiblər və beyinin sol yarımkürəsindəki epifiz vəzini gücləndirdiklərini deyiblər. Onun sözlərinə görə, beyninin işləmə qabiliyyəti onları qane etməsəydi, o zaman onu geri qaytarıb beynini pozacaqdılar və o, heç nəyi xatırlamayacaqdı.

Salman müəllimin iddialarına görə, Yer kürəsini onlar canlandırıb. O qeyd edir ki, onların məqsədi özlərini Yer insanlarına reklam etməkdir. Hətta Salman müəllim vurğulayıb ki, onlar yerdəki insanları öz planetlerinə aparmağı arzulayır.

Cavadov yerdəki insanlardan yad planetdə gördüyünü də qeyd edib. Hazırda da o, yadplanetlilərlə əlaqədə olduğunu, telepatik vasitə ilə onlarla söhbət etdiyini vurğulayıb. Salman Cavadov onlara aid olan məlumatları da kimsəylə bölüşmədiyini deyir.

Salman Cavadov ordan xoş əhval-ruhiyyə ilə qayıtdığını söyləyir. Onun sözlərinə görə, Günəş şüaları yenicə çıxan zaman həmin UNO onu götürdüyü eyvana geri gətirib.

Salman Cavadovun sözlərinə görə, növbəti görüş də gözlənilir və o, səbirsizliklə həmin günü gözləyir.
Bu bürclərə koronavirus yoluxmur
Üç bürcdən olan insanların koronavirusa yoluxma riski daha azdır.

Clutch.ua portalının məlumatına əsasən, bunu məşhur rusiyalı astroloq Pavel Qloba deyib.

Ekspertin sözlərinə əsasən, COVID-19 böyük ehtimalla Xərçəng, Oxatan və Oğlaqlardan yan keçəcək:

Xərçəng

Bu bürcdən olan insanlar əla sağlamlığa malikdirlər. Onlar səhhətlərinə diqqət yetirirlər və qabaqcadan profilaktik tədbirlər görür. Xərçənglərin əksəriyyəti zərərli vərdişlərə meylli deyil və düzgün qidalanırlar. Buna görə də, koronavirusa qarşı kifayət qədər gücləri var.

Oğlaq

Koronavirus Oğlaq bürcü altında doğulmuş insanlardan da yan keçəcək. Bu, bəlanın qarşısını almağa üstünlük verən ehtiyatlı bürcdür. O, özünü və yaxınlarını təhlükəyə atmayacaq. Oğlaqların möhkəm sağlamlığı da onların yoluxmamaq şansını artırır. Onların əksəriyyəti immuniteti aşağı salan vərdişlərdən uzaq dururlar.

Oxatan

Oxatanlar da yaxşı immunitet və güclü sağlamlığı ilə öyünə bilərlər. Bundan əlavə, onların sinir sistemi də yerindədir. Belə ki, Oxatanlar panikaya düşmür və stressə meylli deyil. Bu, onlara xəstəliklərə müqavimət göstərməyə imkan verir. /Oxu.az



Açar sözlər
Bukoronavirus

Səhifəni ziyarət et
Oxşar xəbərlər
“Koronavirusa qarşı bir neçə vaksin hazırlanıb”
09:09
“Koronavirusa qarşı bir neçə vaksin hazırlanıb”
“Pakistanlı Halk” onunla evlənmək istəyən 300 qadından İMTİNA EDİBPakistanda Halk ləqəbli kişi onunla evlənmək istəyən 300 qadından imtina edib.

''Ölkə.Az'' xəbər verir ki, Pakistanın şimalında Mardan kəndində yaşayan Arbab Kizer Həyat 198 santimetr boya və 444 kiloqram çəkiyə sahibdir. Halk ləqəbini daşıyan 27 yaşlı Arbab evlənmək üçün boyuna və çəkisinə uyğun qadın axtardığını bildirib. Lakin o deyib ki, onunla evlənmək istəyən qadın da ən azı onun kimi ağır çəkili olmalıdır. Bu günə kimi Arbabla evlənmək istəyən 300 qadın arıq olduğuna görə ondan rədd cavabı alıb. Arbab onunla evlənmək istəyən qadının 100 kilo çəkiyə və 192 santimetrdən hündür boya sahib olmasını istəyib. Əgər normal boya və çəkiyə sahib qadınla evlənərsə bir-birlərinə yaraşmayacaqlarını bildirib. Cizgi film qəhrəmanı Halkın adının verildiyi Arbab ölkəsində pəhləvan kimi tanınır və tək əli ilə maşınları, traktorları iplə çəkmək bacarığına sahibdir