Zavod səhvən fəhlənin hesabına 7 milyon köçürdü — o, nömrəsini dəyişib qaçdı

Zavod səhvən fəhlənin hesabına 7 milyon köçürdü — o, nömrəsini dəyişib qaçdıRusiyanın Xantı-Mansiysk vilayətində yerləşən zavodlardan birində maraqlı hadisə baş verib.

Musavat.com xəbər verir ki, müəssisə əməkdaşlarından biri texniki səhv nəticəsində “13-cü maaş” adlandırılan əlavə ödənişi alıb. Əslində fəhləyə 45 min rubl məzuniyyət pulu köçürülməli idi, lakin mühasibat səhvi səbəbindən o, zavodun digər filialında çalışan 34 nəfərin maaşını birdən — ümumilikdə 7 milyon rubl məbləğində alıb.

Səhv üzə çıxandan sonra zavodun təhlükəsizlik xidməti işçiyə zəng edərək vəsaitin geri qaytarılmasını tələb edib. Lakin kişi hüquqi məsləhət alaraq öyrənib ki, bu cür hallarda pulu geri ödəmək yalnız onun öz qərarına bağlıdır.

Bundan sonra o, telefon nömrəsini dəyişib, ailəsi ilə birlikdə başqa şəhərə köçüb. Zavod rəhbərliyi isə pulların qaytarılması üçün məsələni məhkəməyə çıxarıb.

Hadisə Rusiya mediasında “ən bahalı məzuniyyət” kimi geniş müzakirə olunur.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər