Azərbaycan cəmiyyətində qadınlara verilən dəyər tarixən xüsusi yer tutub

Hər il martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınlara hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, onların cəmiyyətin inkişafında oynadığı mühüm rolun qiymətləndirildiyi əlamətdar tarixdir. Tarix boyu qadınlar ailə institutunun qorunmasında, cəmiyyətin formalaşmasında və sosial həyatın inkişafında mühüm rol oynayıblar.

Müasir dövrdə qadınlar demək olar ki, bütün sahələrdə - elm, təhsil, siyasət, iqtisadiyyat, mədəniyyət və sahibkarlıq istiqamətlərində fəal iştirak edir, ölkələrin inkişafına əhəmiyyətli töhfələr verirlər. Onların ictimai və iqtisadi proseslərdə aktiv iştirakı cəmiyyətlərin daha balanslı və davamlı inkişafına mühüm təsir göstərir.
Azərbaycan cəmiyyətində qadınlara verilən dəyər isə tarixən xüsusi yer tutub. Hələ XX əsrin əvvəllərində Azərbaycan qadınlarının hüquqlarının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verərək Şərqdə bu sahədə ilk addımı atan dövlət kimi tarixə düşüb. Bu qərar həmin dövr üçün son dərəcə mütərəqqi addım hesab olunur və Azərbaycan cəmiyyətində qadınlara verilən dəyərin bariz nümunəsidir.

Tarix boyu Azərbaycan qadınları yalnız ailə dəyərlərinin qorunmasında deyil, həm də maarifçilik, mədəniyyət və ictimai həyatın inkişafında fəal iştirak ediblər. Bu ənənə bu gün də davam edir. Müasir Azərbaycan qadınları dövlət idarəçiliyində, təhsildə, elmdə, səhiyyədə, biznesdə və digər sahələrdə aktiv fəaliyyət göstərərək ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verirlər.

8 Mart həm də qadınların hüquqlarının qorunmasının, gender bərabərliyinin təşviqinin və onların potensialının daha geniş şəkildə reallaşdırılmasının vacibliyini xatırladan bir gündür. Bu əlamətdar tarix münasibətilə bütün qadınları, xüsusilə Azərbaycan qadınlarını təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.

Əli Səlimov
İqtisadçı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər