Azərbaycanın İranla sərhədə hərbi texnika yığması dezinformasiyadır - MEDİA

"Sosial şəbəkələrdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.

Açıqlamada deyilir:

"Bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni “fakt” kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar zamanı məlumatları manipulyasiya edərək təşviş yaratmağa yönəlmiş bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyirik.

Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti və ya dislokasiyası haqqında məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır.

Regiondakı gərginlik fonunda sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatların verilməsi dezinformasiya riskini artıraraq cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlmişdir.

Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, yalnız rəsmi mənbələrə istinad etməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər