İran ABŞ-a məxsus neft tankerini vurdu
Dərc olunub:
Bu gün, 11:52
İran Körfəzin şimal hissəsində ABŞ-a məxsus neft tankerinə zərbələr endirib.
Bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, neft tankeri bu gün səhər Fars körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən vurulub və hazırda yanmaqdadır:
“Daha əvvəl də demişdik ki, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq. Hamı buna tabe olmalıdır”.
