Ölən amerikalı hərbçilərin sayı açıqlandı
İranın hücumları nəticəsində həlak olan amerikalı hərbçilərin sayı 4-ə çatıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
"Məlumata görə, 4 amerikalı hərbçi döyüşdə həlak olub. İranın ilk hücumları zamanı ağır yaralanan dördüncü hərbçi sonradan ölüb", - məlumatda qeyd olunub.
Həmçinin əsas döyüş əməliyyatlarının, eləcə də cavab tədbirlərinin davam etdiyi bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran cavab olaraq ABŞ-ın bölgədəki hərbi bazalarına və İsrailə zərbələr endirir. SEPAH ötən gün ABŞ ordusunun 560 hərbçi itirdiyini (ölü və yaralı) açıqlamışdı.
