“Gülüstan” pyesi əsasında eyni adlı tamaşanın məşqlərinə başlanılıb…
Real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, qazilərimizə ithaf olunaraq teatra dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktovkasında ictimaiyyətə təqdim ediləcək.
Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov və qrafik işi isə Sübhan İbrahimova məxsusdur.
Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, Kəmalə Məmmədova və bütövlükdə teatrın 30-dan çox aktyor heyyəti iştirak edəcək.
Tamaşanın premyerası may ayının 17-də ictimaiyyətə təqdim ediləcək !![]()
![]()
