İran 5 ərəb ölkəsindən kompensasiya tələb edir

İran Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan ona dəyən ziyana görə kompensasiya tələb edir.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

Məktubda qeyd olunur ki, “Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə, o cümlədən kompensasiya formasında tam təzminat ödəməlidirlər”.

İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırır.

İrəvani vurğulayıb ki, bu dövlətlərin öz ərazilərindən İrana qarşı istifadə edilməsinə icazə verməsi “təcavüz aktı” kimi qiymətləndirilir.

Məktubda, həmçinin qeyd edilir ki, sözügedən ölkələr bu addımları ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər