Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı - "Fars"

Danışıqlar başa çatdı və İran ABŞ-ın Hörmüz boğazı, dinc nüvə enerjisi və bir sıra digər məsələlərlə bağlı iddialı şərtlərini qəbul etmədi.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, danışıqlar zamanı amerikalılar müharibə yolu ilə əldə edə bilmədikləri hər şeyi tələb ediblər:

“Danışıqlar ümumilikdə təxminən 21 saat davam etdi. Amerikalılar danışıqlar masasından çıxmaq üçün bəhanə axtarırdı.

Görünür, amerikalıların beynəlxalq arenada nüfuzlarını qorumaq üçün danışıqlara ehtiyacı var idi və onlar İranla müharibədə məğlubiyyətlərinə və dalana dirənmələrinə baxmayaraq, gözləntilərini azaltmaq istəmirdilər. Lakin İranın növbəti danışıqlar mərhələsi üçün heç bir planı yoxdur.

Tehran danışıqlar zamanı ağlabatan təşəbbüslər və təkliflər irəli sürdü; indi vəziyyəti real qiymətləndirmək Amerikanın öhdəsinə düşür.

ABŞ hökuməti hərbi strategiyasını səhv hesabladığı kimi, danışıqlar strategiyasını da səhv hesablayıb. İran tələsmir və ABŞ ağlabatan bir razılığa razılaşana qədər Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək”.

Qeyd edək ki, İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasındakı danışıqlar nəticəsiz başa çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər