Mali Polisario separatçılarına tanınmanı geri çǝkir
vǝ Mǝrakeşin Sahara üzrǝ muxtariyyǝt tǝşǝbbüsünü dǝstǝklǝyir
2026-cı il 10 aprel tarixindǝ Mali hökumǝti Mǝrakeş Sahara mǝsǝlǝsinǝ dair mövqeyindǝ mühüm
dǝyişiklik olduğunu elan edǝrǝk, qondarma “Sahara Ərǝb Demokratik Respublikası” na (SADR)
tanınmanın geri çǝkildiyini bǝyan etmişdir. Bu qǝrar regional sabitlik vǝ münaqişǝyǝ dair beynǝlxalq yanaşma baxımından mühüm diplomatik inkişaf kimi qiymǝtlǝndirilir.
Bǝyanat Mali Respublikasının Xarici İşlǝr vǝ Beynǝlxalq Əmǝkdaşlıq naziri Abdoulaye Diop tǝrǝfindǝn, Bamakoda Mǝrakeşli hǝmkarı ilǝ Aparılan danışıqlardan sonra rǝsmi şǝkildǝ tǝqdim edilmişdir. Mǝlumatda qeyd olunur ki, bu qǝrar “subregional sülh vǝ tǝhlükǝsizliyǝ tǝsir edǝn bu mühüm mǝsǝlǝnin hǝrtǝrǝfli tǝhlilindǝn sonra” qǝbul edilmişdir.
Mali, mövqedǝki bu dǝyişiklik barǝdǝ üzv olduğu regional vǝ beynǝlxalq tǝşkilatları, elǝcǝ dǝ
Bamakoda akkreditǝ olunmuş diplomatik korpusu mǝlumatlandıracağını tǝsdiqlǝmişdir.
Bǝyanat, Mǝrakeşin Xarici İşlǝr, Afrika Əmǝkdaşlığı vǝ Mǝrakeş Xaricindǝ Yaşayan Vǝtǝndaşlar naziri Nasser Bourita-nın Maliyǝ rǝsmi sǝfǝri ilǝ eyni vaxta tǝsadüf etmişdir. Sǝfǝr Kral VI Mǝhǝmmǝdin yüksǝk göstǝrişlǝri çǝrçivǝsindǝ hǝyata keçirilmişdir. Bu addım Bamako vǝ Rabat arasında ikitǝrǝfli münasibǝtlǝrin möhkǝmlǝnmǝsini vǝ siyasi yaxınlaşmanın artmasını ǝks etdirir.
Mali bǝyanatında Mǝrakeşin Sahara üzrǝ muxtariyyǝt tǝklifinǝ açıq dǝstǝyini ifadǝ edǝrǝk, onu münaqişǝnin hǝlli üçün “yeganǝ ciddi vǝ etibarlı ǝsas” kimi xarakterizǝ etmişdir. Bamako vurğulamışdır ki, Mǝrakeş suverenliyi çǝrçivǝsindǝ real muxtariyyǝt bu uzunmüddǝtli regional mǝsǝlǝnin “ǝn realistik hǝlli” dir.
Mali hǝmçinin Birlǝşmiş Millǝtlǝr Tǝşkilatının sǝylǝrinǝ vǝ Baş Katibin Şǝxsi Elçisinin fǝaliyyǝtinǝ,
elǝcǝ dǝ BMT Tǝhlükǝsizlik Şurasının 31 oktyabr 2025-ci il tarixindǝ qǝbul edilmiş 2797 saylı
qǝtnamǝsi daxil olmaqla, müvafiq qǝrarlarına dǝstǝyini bir daha tǝsdiqlǝmişdir.
Bu mövqe Bamakonun BMT çǝrçivǝsindǝ siyasi hǝllǝ sadiqliyini vurğulayır vǝ Mǝrakeşin
muxtariyyǝt tǝşǝbbüsü ǝtrafında artan beynǝlxalq dǝstǝyi göstǝrir.
Mali qǝrarı, SADR-in tanınmasını geri çǝkǝn vǝ Mǝrakeşin muxtariyyǝt planını dǝstǝklǝyǝn
dövlǝtlǝrin sayının artdığı beynǝlxalq tendensiyanın bir hissǝsidir. Bu addım Afrikada vǝ onun
hüdudlarından kǝnarda diplomatik dinamikaları güclǝndirǝrǝk, Sahara mǝsǝlǝsi ǝtrafında
beynǝlxalq mǝnzǝrǝni daha da formalaşdıracağı gözlǝnilir.
