İranla müharibə yenidən başlaya bilər
Dərc olunub:
Dünən, 11:53
ABŞ və İran Pakistan, Misir və Türkiyənin vasitəçiliyi ilə bağlı qapılar arxasında keçirilən danışıqlardan sonra iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Bu barədə “Axios” nəşri məlumat yayıb.
“Əsas məsələ İranın ali liderinin atəşkəsə razılaşması idi. Zərbə gözləntilərinə baxmayaraq, razılaşma təsdiqləndi. Bununla belə, iki tərəf arasında ciddi fikir ayrılıqları qalmaqdadır və müharibənin yenidən başlaması riski yüksək olaraq qalır”, - məlumatda qeyd olunub.
