Hörmüz boğazında 800-dən çox gəmi qalıb
İran və ABŞ arasında əldə olunan atəşkəsdən sonra gəmiçilik şirkətləri razılaşmanın detalları ilə bağlı aydınlıq əldə etməyə çalışır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bəzi gəmi sahibləri atəşkəsi optimist qarşılayıb. Məsələn, Yaponiya Gəmi Sahibləri Assosiasiyası bildirib ki, razılaşmanın detalları dəqiqləşdirildikdən sonra qərar veriləcək.
Bununla belə, sektor nümayəndələrinin əksəriyyəti xəbərdarlıq edir ki, gəmiçilik fəaliyyətinin tam bərpası üçün daha çox aydınlıq lazımdır.
Hazırda Hörmüz boğazında 800-dən çox gəmi qalıb. Onların böyük hissəsi enerji daşıyıcıları daşıyır. Belə ki, 426 tanker xam neft və təmiz yanacaq, 34 gəmi mayeləşdirilmiş karbohidrogen qazı, 19 tanker isə mayeləşdirilmiş təbii qaz daşıyır. Qalan gəmilər isə quru yüklərlə hərəkət edir.
