ABŞ buna görə atəşkəsə razılaşdı - Vens
Dərc olunub:
Dünən, 15:05
BŞ İran ətrafındakı münaqişədə atəşkəsə Tehran Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu bildirdikdən sonra razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə bildirib.
"Prezident (Donald Tramp - red.) faktiki olaraq İrana ultimatum verdi. O dedi: "Boğazı açın. Dünya iqtisadiyyatını girov saxlamağa son qoyun və biz atəşkəs barədə razılığa gələcəyik". Biz gecə məhz belə bir razılaşmaya gəldik. İranlılar boğazı açmağa razı oldular", - Vens Matyaş Korvin Kollegiyasında – Macarıstan hökumətinin dəstəyindən yararlanan elmi-təhsil müəssisəsində çıxış edərkən deyib.
Qeyd edək ki, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması bu gün qüvvəyə minib.
