İsrail daha bir SEPAH komandirini öldürdü
Dərc olunub:
Dünən, 15:32
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İranın "Həsən əl-Əmmam" diviziyasının artilleriya komandiri Kamal Malhamı öldürüb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, "Həsən əl-Əmmam" diviziyasının baş qərargahına zərbə endirilməsi nəticəsində artilleriya rəisi Kamal Malham, diviziya komandirinın köməkçisi Yəhya Həsən və bir sıra digər yüksək rütbəli hərbçilər öldürülüb.
Qeyd olunub ki, SEPAH ilə əlaqəli olan "Həsən əl-Əmmam" diviziyası müqavimət oxunun möhkəmləndirilməsini təmin edir və İsrail qüvvələrinə, eyni zamanda mülki əhaliyə hücumları idarə edir.
