Aralıq dənizində qayıq batdı: 70 miqrant itkin düşdü
Dərc olunub:
Dünən, 07:55
Aralıq dənizində miqrantları daşıyan qayığın aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin düşüb.
Bu barədə “Mediterranea Saving Humans” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Təşkilat bildirib ki, şənbə günü günortadan sonra Liviyadan yola düşən, göyərtəsində qadın və uşaqlar da daxil olmaqla 105 nəfər olan qayıq batıb. Nəticədə 70-dən çox şəxs itkin düşüb. Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan axtarış-xilasetmə zonasında baş verib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, cari ilin əvvəlindən etibarən Aralıq dənizində 683 miqrant həlak olub və ya itkin düşüb.
