Qusarda gənci sel apardı

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Gündüzqala kəndi ərazisindən keçən Quru çayda qeydə alınıb.

Belə ki, kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu qəfil yaranan sel aparıb.

İlkin məlumata əsasən, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində çayda suyun səviyyəsi kəskin artıb və bu da faciəyə səbəb olub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirlərinin aparıldığı bildirilir.

Faktla bağlı araşdırma davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər