Mərakeş Ərəb dövlətlərinə qarşı İranın raket hücumunu şiddətlə pisləyir
Mərakeş Krallığı bir neçə qardaş ərəb dövlətinin ərazi bütövlüyünü və təhlükəsizliyini pozan, ən qəti şəkildə ifadə olunan şəkildə, İranın qəbuledilməz raket hücumunu şiddətlə pisləyir.
Həmin dövlətlərə Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Dövləti, Küveyt Dövləti və İordaniya Haşimilər Krallığı daxildir.
Mərakeşin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Xarici İşlər, Afrika Əməkdaşlığı və Mərakeş Xaricdə Yaşayanlar Nazirliyinin rəsmi bəyanatında vurğulanır ki, Mərakeş Krallığı bu təcavüz aktını həmin dövlətlərin milli suverenliyinin açıq-aşkar pozulması, onların təhlükəsizliyinə qəbuledilməz müdaxilə və regional sabitliyə birbaşa təhdid kimi qiymətləndirir.
Mərakeş Krallığı həmçinin təsdiq edir ki, bu hücuma cavab vermək və öz təhlükəsizliklərini, eləcə də vətəndaşlarının və rezidentlərinin təhlükəsizliyini və rifahını qorumaq üçün qardaş ərəb dövlətlərinin atacağı bütün legitim tədbirlərlə tam həmrəydir.
