Altı ərəb ölkəsinin İranın hücumlarını ən sərt şəkildə pisləyən bəyanatı

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt dövləti, Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti və İordaniya Haşimilər Krallığı İranın açıq-aşkar hücumlarını ən sərt şəkildə pislədiklərini bildirirlər.

Bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir.

Qeyd olunub ki, hücumlar, istər birbaşa, istərsə də regionda dəstəklədikləri proksi qüvvələr və silahlı qrupları vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, bu dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

Biz, xüsusilə, İraq Respublikasından İrana sadiq silahlı qrupların bölgədəki bir sıra ölkələrə, eləcə də onların obyektlərinə və infrastrukturuna qarşı həyata keçirdiyi hücumları vurğulayırıq. Bu hərəkətlər beynəlxalq qanunların və konvensiyaların pozulması və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranın qonşu dövlətlərə qarşı istənilən hücumu və ya təhdidi, o cümlədən proksi qüvvələrdən istifadəni dərhal və qeyd-şərtsiz dayandırmasını açıq şəkildə tələb edən 2817 (2026) saylı Qətnaməsinin açıq şəkildə pozulmasıdır.

İraq Respublikası ilə qardaşlıq münasibətlərimizə dəyər veririk və qardaşlıq münasibətlərini qorumaq və eskalasiyanın qarşısnı almaq üçün İraq Hökumətini fraksiyalar, milislər və silahlı qruplar tərəfindən İraq ərazisindən qonşu ölkələrə edilən hücumların dərhal dayandırılması üçün lazımi tədbirləri görməyə çağırırıq.
Biz, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin təcavüz halında dövlətlərin fərdi və kollektiv şəkildə özünümüdafiə hüququnu təmin edən 51-ci maddəsinə uyğun olaraq bu cinayətkar hücumlara qarşı tam və ayrılmaz özünümüdafiə hüququmuzu və suverenliyimizi, təhlükəsizliyimizi və sabitliyimizi qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququmuzu bir daha təsdiqləyirik.

Biz, həmçinin, İrana sadiq olan gizli qruplar və Hizbullahla əlaqəli terror təşkilatları tərəfindən planlaşdırılan, region ölkələrinin təhlükəsizliyini və sabitliyini hədəf alan sabitliyi pozan hərəkətləri və fəaliyyətləri pisləyirik və bu hücumlara qarşı cəsur silahlı qüvvələrimizi, eləcə də millətlərimizin və həyatlarımızın təhlükəsizliyini qorumaqda möhkəm bir qalxan və ayıq bir göz rolunu oynayan təhlükəsizlik qurumlarımızın sayıqlığını, bu agent hücrələrini və terror təşkilatlarını yaxalamaqda və onların pis niyyətli planlarını ifşa etməkdə göstərdikləri səmimi və fədakar səylərini tərifləyirik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər