Hörmüz açılmır, Tramp müharibəni bitirməyə hazırdır
Dərc olunub:
Bu gün, 12:28
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmadan İranla müharibəni bitirməyə hazırdır.
Bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.
“Son günlər Tramp və köməkçiləri belə bir nəticəyə gəliblər ki, boğazın açılmasına edilən cəhdlər münaqişəni uzadır. Tramp Avropadakı və Fars körfəzi ölkələrindəki müttəfiqlərindən Hörmüz boğazının açılması üçün təşəbbüs göstərmələrini tələb etmək niyyətindədir”, - nəşr bildirib.
