İranın gələcəyi üçün Trampın namizədi...
Vasif Əfəndi
Politoloq
İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf hazırda Donald Tramp üçün cəlbedici görünə biləcək fiqurlardan biri hesab olunur.
Onun kürdəsilli olması regiondakı etnik balans baxımından müəyyən üstünlük kimi qiymətləndirilir.
Eyni zamanda Qalibafın SEPAH-da xidmət etməsi və hərbi təcrübəyə malik olması onu təhlükəsizlik strukturları ilə bağlı təsirli fiqur kimi göstərir.
O, həmçinin İranın mühüm enerji infrastrukturuna nəzarət edən vəzifələrdə çalışıb.
Beş mərkəzi və qərb əyalətinin qaz təchizatına cavabdeh olması iqtisadi sahədə təsir imkanlarını artırıb.
Fars körfəzindəki limanlara və strateji obyektlərə nəzarət edən Hatəm əl-Ənbiya Tikinti Qərargahında rəhbər vəzifədə işləməsi də diqqətçəkən məqamlardandır.
Kərxa bəndi kimi mühüm infrastrukturlara nəzarət etməsi onun strateji təcrübəsini daha da gücləndirir.
Lakin bu faktorların hamısı Qalibafın Tramp üçün əsas seçim olacağı anlamına gəlmir.
Çünki Trampın siyasi davranışları çox zaman gözlənilməz olub və o, tez-tez fərqli istiqamətlərə yönələn qərarlar verib.
Digər tərəfdən, İran Prezidenti Məsud Pezeşkian daha legitim və real namizəd kimi ön plana çıxır.
Pezeşkian seçilmiş prezident kimi beynəlxalq hüquq baxımından daha legitim fiqur hesab olunur.
Bu isə ABŞ üçün rəsmi danışıqlar aparmaq baxımından daha əlverişli siyasi mühit yaradır.
Eyni zamanda Pezeşkianın islahatçı imici və daha yumşaq siyasi ritorikası Qərb üçün daha qəbul edilən variant hesab olunur.
Pezeşkianın etnik baxımdan türk kökənli olması da region ölkələri ilə əlaqələrin genişlənməsi baxımından əlavə üstünlük yarada bilər.
Bütün bu arqumentlərə görə, Tramp administrasiyası üçün daha real və uyğun namizədin prezident Pezeşkian olması ehtimalı daha əlverişli olardı.
