Əflatun Amaşov qəzaya düşdü - Foto
Dərc olunub:
Dünən, 12:50
Sabiq deputat, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov qəzaya uğrayıb.
Avrasiya.net Nocomment.az-a istinadla xəbər verir ki, tanınmış jurnalistin maşını Bakı-Şamaxı yolunda aşıb.
Hadisə ilə bağlı “Yeni Sabah”a danışan Əflatun Amaşovun oğlu Orxan Amaşov bildirib ki, hazırda atasının səhhəti yaxşıdır:
“Atamın vəziyyəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.![]()
