Rza Pəhləvi Trampla Netanyahuya çağırış etdi: “Dayanmayın, vurun!”

İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi ABŞ və İsrail rəhbərliyinə müraciət edib.

Rza Pəhləvi İrandakı rejimin yıxılmasına çağırış edib.

“Mən Prezident Trampı və Baş nazir Netanyahunu rejimi və onun repressiya aparatını hədəf almağa davam etməyə, eyni zamanda xalqımızın ölkəni yenidən qurmaq üçün ehtiyac duyduğu İranın həyati əhəmiyyətli mülki infrastrukturunu qorumağa çağırıram.

Amerika Birləşmiş Ştatları və İsrailin dəstəyi ilə və ən əsası, vətənpərvər iranlıların sayəsində İranın azadlıq anı yaxınlaşır”, - Rza Pəhləvi deyib.

O, İrandakı rejimi “repressiya və terror maşını” adlandırıb.

“İran qorunmalıdır; İslam Respublikası məhv edilməlidir”, - Rza Pəhləvi vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər