ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

ABŞ-ın İran müharibəsində qurudan müdaxilə ssenarisini ön plana çıxarmasını zəruri edən iki səbəb görünür:

Birincisi, hava zərbələrinin tədricən yekunlaşmasıdır: bu mərhələdə hədəflərə nail olunduğu İranın hərbi itkiləri fonunda aydın görünür, lakin rejimin süqutu baş verməyib və belə bir vəziyyətdə ABŞ-İsrail ya “qələbə” elanı edərək, geri çəkilməli, ya da müharibəni yeni mərhələyə keçirməlidir;

İkincisi, enerji bazarında yaranmış böhranlı vəziyyətdir: Trampın Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi məqsədilə koalisiyanın yaradılması çağırışları nəticə vermədi, bunun fonunda İran və Qətərdəki enerji obyektlərinə zərbələrin endirilməsi bazardakı riskləri gücləndirib.

ABŞ Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməklə bazarda stabilliyi bərpa etməli və İranın enerji ixracını bloklamaqla rejimi təslim olmağa məcbur etməli, yaxud ən azından çətin vəziyyətə salmalıdır. Bunun üçün daha öncə gündəmə gələn “Hörmüz boğazına ordu yeritməli” və İranın enerji ixracının əsas mənbəyi olan Xark adasını nəzarətə götürməlidir. Söhbət İran sahillərinin və adanın ələ keçirilməsindən gedir. “Röyters” agentliyi mənbələrə istinadən müdaxilə qərarı verilməsə də, planın Trampın masasında olduğunu və minlərlə amerikalı əsgərin bölgəyə göndərilməsi üzərində müzakirələrin getdiyini yazır. Üç ssenari gündəmdədir: dəniz və hava qüvvələri ilə Hörmüz boğazında keçidi təmin etmək; İran sahillərinin ələ keçirilməsi; Xark adasını nəzarətə götürmək.

Quru müdaxiləsi qərarında hər üç ssenarinin eyni vaxtda reallaşdırılması ehtimalı böyükdür. Çünki İranın sahil zolağına nəzarət etmədən Hörmüzdən tam təhlükəsiz keçidi təmin etmək çətindir, bununla yanaşı, mövcud vəziyyətdə rejimə vurula biləcək ən böyük zərbə Xark adasına nəzarət etmək, neft ixracını dayandırmaqdır. Hava zərbələri mərhələsindən sonra ABŞ və İsrailin İran müharibəsində mümkün yeni addımı bu ola bilər.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər