Ərəb ölkələri İranın hücumuna hazırlaşır

Küveytdə iş yerlərində çalışanların sayı 70 faiz azaldılıb, iş saatları 6 saata endirilib, şagirdlər isə məsafədən təhsil sisteminə keçirilib.

“əş-Şarq əl-Avsət” qəzeti xəbər verir ki, bu qərar Körfəz regionunda artmaqda olan gərginlik nəticəsində ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində qəbul edilib.

Küveyt Mülki Xidmət İdarəsi Ramazandan sonra dövlət qurumlarında iş rejiminin yalnız 30 faiz əməkdaşla davam etdiriləcəyini açıqlayıb. Eyni zamanda, növbəli və məsafədən iş rejiminin tətbiqi, gündəlik iş saatlarının bir saat azaldılaraq 6 saata endiriləcəyi və növbəti xəbərdarlığa qədər axşam növbəsində işlərin dayandırılacağı elan edilib.

Küveytin təhsil naziri Cəlal əl-Təbatəbai təhsil müəssisələrində dərs saatlarının mövcud şəraitə uyğun şəkildə tənzimlənməsi barədə göstəriş verib. O bildirib ki, mövcud vəziyyət davam edərsə, Fitr bayramı tətilindən sonra tədris məsafədən təhsil sistemi ilə davam etdiriləcək. (modern)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər