ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

İran qonşu ölkələrin neft və qaz obyektlərinə hücum etmək niyyətində deyildi, lakin ABŞ və İsrailin 18 mart səhəri İranın enerji infrastrukturuna hücumu Tehranı buna məcbur etdi.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında deyilir.

"İran İslam Respublikası müharibəni neft obyektlərinə qədər genişləndirmək niyyətində deyildi, dost və qonşu ölkələrin iqtisadiyyatına zərər vurmaq istəmirdi. Lakin düşmənin enerji infrastrukturuna qarşı təcavüzü ilə biz faktiki olaraq müharibənin yeni mərhələsinə qədəm qoyduq və İranın infrastrukturunu qorumaq zərurəti bizi ABŞ və onların Amerika səhmdarları ilə əlaqəli enerji obyektlərinə zərbə endirməyə məcbur etdi", - deyə bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ və İsrail İranın Cənubi Pars qaz yatağına zərbələr endirib. Buna cavab olaraq, İran hərbi qüvvələri Bəhreyn, BƏƏ və Qətərdə enerji infrastrukturlarına hücumlar təşkil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər