40 yaşlı sahibkar ölü tapıldı
Dərc olunub:
Bu gün, 09:51
Salyan və Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin 40 yaşlı sahibi Şamil Qədirov vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, Ş.Qədirovun meyitini yaxınları Salyanda yaşadığı evdə aşkar ediblər.
Mərhumun 2 övladı qalıb.
Sahibkarın ölümü ilə bağlı araşdırma aparılır.
