İkitərəfli əməkdaşlığa mühüm töhfə

Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Xüsusilə Avropa İttifaqı ilə ölkəmiz arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər və keçirilmiş görüşlər bu münasibətlərdə yeni səhifənin açılmasına gətirib çıxarmışdır.

Bildiyimiz kimi 11 mart 2026-cı il tarixində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında ikitərəfli görüş keçirilmiş, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, daha sonra isə birgə mətbuata bəyanatlarla çıxış edilmişdir. Cənab Prezident çıxışı zamanı son illərdə yüksələn xətlə inkişaf edən Azərbaycan-Avropa İttifaqı arasında ikitərəfli münasibətlərdən geniş bəhs edərək vurğulamışdır ki, Avropa İttifaqı Şurasının Prezidentinin bu səfəri ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Dövlətimizin başçısı tərəfdaşlığımızın mühüm hissəsi olan enerji sahəsindəki əməkdaşlığımız barədə danışaraq qeyd etmişdir ki, 2022-ci ildə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu istiqamətdə əlaqələrimizin dərinləşməsinə mühüm təkan verir.

Xüsusi olaraq qeyd etməliyik ki, Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir və son illər Azərbaycanla Avropa İttifaqı arasında mövcud münasibətlər yüksələn xətlə inkişaf edir. Ermənistan üzərində əldə etdiyimiz tarixi qələbə Cənubi Qafqazın geosiyasətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı. Ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Məhz şanlı qələbəmiz və dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar ölkəmizin hüdudlarından kənarda da diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət kəsb edir.

Son illərdə dünyanın geosiyasi vəziyyətində baş verən dəyişikliklər bir sıra dövlətlərlə yanaşı Avropanın da xarici siyasətində bir sıra köklü dəyişikliklərə gətirib çıxarmışdır. Nəzərə alsaq ki, Avropanın əsas enerji tədarükçüsü rolunu oynayan Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi Avropanın enerji təminatında bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxardı. Alternativ bazarlara yönələn Avropa üçün isə hazırda Azərbaycan etibarlı tərəfdaş rolunu oynamaqdadır. Bütün bunların fonunda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun əhəmiyyətini dərindən anlayan Qərb ölkəmizlə münasibətlərdə yeni mərhələyə keçmişdir. Əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Bütün bunlar bir daha ölkəmizin qüdrətinin bütün dünyaya nümayişi və Möhtərəm cənab Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər