Bəhreyndə 4 İran casusu saxlanıldı

Bəhreyndə SEPAH-ın xeyrinə casusluq edən 4 nəfər həbs edilib və xaricdə olan 5-ci şəxsin də kimliyi müəyyən edilib.

Bu barədə Bəhreyn Daxili İşlər Naziriyi məlumat yayıb.

Nazirlik bildirib ki, Mürtəza Hüseyn Əvvəl, Əhməd İsa əl-Hayki, Sara Əbdül Nəbi Mərhun və İlyas Salman Mirzə , eləcə də Əli Məhəmməd Həsən əş-Şeyx İranda yerləşən “terrorçu ünsürlər” vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olub.

Cinayət Təhqiqatları Baş İdarəsinin məlumatına görə, Mürtəza Hüseyn Əvvəl təşkilati əmrlər və digər təqsirləndirilən şəxslərin köməyi ilə dəqiq çəkiliş avadanlıqlarından istifadə edərək Bəhreyndəki əsas və vacib yerlərin fotoşəkillərini və coğrafi koordinatlarını çəkib.

Bəhreyn rəsmiləri bu məlumatların şifrələnmiş proqramlar vasitəsilə İran İnqilabı Keşikçiləri Korpusuna göndərildiyini bildirirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər