QHT-lərin nəzərinə: Agentlik qrant müsabiqəsinin qaliblərini açıqlayır

QHT-lərin nəzərinə: Agentlik qrant müsabiqəsinin qaliblərini açıqlayır“QHT Agentliyinin özünün, o cümlədən Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilmiş müsabiqələrin nəticələri sabah elan olunacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.

"2026-cı il üzrə müsabiqələrə ümumilikdə 981 təşkilat müvafiq sistem üzrə özünə pəncərə yaradaraq müraciət etmək hüququ qazanıb. Bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Hesab edirik ki, QHT sektorunda son illər dərinləşdirilən islahatlar, QHT Agentliyinin müsabiqələrini bütün kənar müdaxilələrdən azad, tam şəffaf aparması nəticəsində ictimai etimad daha da güclənib. Lakin bizim üçün kəmiyyətdən daha vacib keyfiyyətdir. Qeyd etməliyik ki, müvafiq sistemdə qeydiyyatdan keçən QHT-lərin heç də hamısı tələb olunan prosedurları vaxtında tamamlayaraq layihə təqdim etməyib. Nəticədə 2026-cı il müsabiqələrinə 707 QHT-dən 789 layihə daxil olub. 789 layihədən 187-si I mərhələdən - texniki seleksiyadan keçə bilməyib. Onların mütləq əksəriyyətində plagiat aşkarlanıb. Bu QHT-lərə bu ilin yanvar ayında imtina cavabları müvafiq sistem vasitəsilə bildirilib. 602 layihə isə müstəqil ekspertlərin baxışına verilib, hər bir layihə üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq meyarlar əsasında ciddi dəyərləndirmə aparılıb və ekspertiza nəticələri əsas götürülməklə, Müşahidə Şurasında hərtərəfli kollegial baxışdan keçirilib", - Ü.Qarayeva deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər