Müctəba Xamenei ali dini lider postuna məcburi gətirildi ki...

Bir neçə gün əvvəl İran prezidenti Məsud Pezeşkian Müvəqqəti Şurasının üç üzvündən biri kimi qonşu dövlətlərə hücuma görə üzr istəyərək, bu cür hücumların təkrarlanmayacağını bildirmişdi. Lakin bu açıqlamadan sonra SEPAH, 'Pezeşkian səhv etdi' və bəyanatlarına əhəmiyyət verilməməsini elan etməklə faktiki Pezeşkiana susmağa göstəriş verildi.

Proseslər onu göstərir ki, ölkəni faktiki idarə edən Təhlükəsizlik Şurasının katibi Əli Laricani və SEPAH azərbaycanlı prezident Pezeşkianın mütləq hakimiyyətə gəlməsi ehtimalından çox narahatdır. ABŞ və İsrailin seçiləcək hər ali dini liderin hədəfə alınacağı xəbərdarlığına rəğmən, Müctəba Xameneinin ali dini lider postuna təyinatı həm məcburi, həm də siyasi perspektiv baxımından rejimin taktiki gedişi ola bilər.

ABŞ prezidenti Donald Tramp Müctəbanın ali dini lider postuna seçilməsinin qəti əleyhinə çıxış edərək, təyinatla bağlı ABŞ-la məsləhətləşmənin məcburi şərt kimi irəli sürdüyünü və əvvəlki xəbərdarlığı nəzərə alsaq, Müctəba Xameneinin posta gətirilməsi elə onun məhv edilməsi planlaması anlamı verir. Demək, rejim radikal və nüfuzlu şəxslərin həyatını riskə atmaqla bir növ əsaslı islahatlara getmək üçün yolları açır. Trampın Müctəbanın təyinatına “Əgər bizdən təsdiq almasa, hakimiyyətdə uzun müddət qalmaz. Hər 10 ildən bir buna qayıtmaq istəmirik!”-açıqlaması ciddi xəbərdarlıqdır. İran parlamentinin üzvü Möhsün Zəngne və digərlərinin də “Heç kim nə ali dini lider, nə də SEPAH komandiri postunu tutmaq istəmir” fikirlərini yada salsaq və eləcə də Şura üzvü Ayətulla Möhsün Heydarinin “SEPAH Xameneini zorla seçdirdi” açıqlamasını nəzərə alsaq, Müctəba Xameneinin ali dini lider postuna təyinatının könüllü xarakter daşımasına inam azalır.

Vəziyyət bir daha göstərir ki, İranın gələcək siyasi transformasiyası ilə bağlı ABŞ və İsrailin müəyyən planları mövcuddur və İran dəyişikliklərə getmək məcburiyyətindədir. ABŞ-ın mümkün siyasi alternativlər sırasında Pezeşkianın da yer alması ehtimalları getdikcə daha çox səslənir. SEPAH və radikal qüvvələrin Pezeşkiana qarşı açıq aşağılayıcı münasibəti və onu nüfuzdan salmağa çalışması bu ehtimalı gücləndirir. Bu baxımdan Pezeşkianın İranın gələcək siyasi arxitekturasında rol alması məsələsində ABŞ və İsrailin, eləcə də İran daxilində müəyyən səviyyədə razılığın olması ehtimalı istisna edilmir.

ABŞ və İsrailin İranla apardığı müharibə, həmçinin İranın Körfəz və region dövlətlərinə hərbi hücumları və bəzi ölkələrin buna cavab reaksiyaları fonunda Tehranın Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərginləşməsi və hərbi müstəviyə keçməsi İranın maraqlarına uyğun deyil. İranın Azərbaycana hücumundan sonra Bakının irəli sürdüyü tələb və şərtlər, ordunun səfərbərlik vəziyyətinə gətirilməsi, hərbi reaksiya ehtimalı, həmçinin tranzit-kommunikasiya xətlərinin məhdudlaşdırılması və diplomatik fəaliyyətin dayandırılması İranı Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur edir.

Belə bir vəziyyətdə yenidən Məsud Pezeşkian Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində önə çəkilir. Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən sonra Azərbaycanın məhdudlaşdırdığı tranzit-kommunikasiya xətlərinin istifadəsinin yumşaldılması İran üçün də müəyyən diplomatik çıxış yolu kimi qiymətləndirilə bilər. Ancaq Pezeşkianın irəli verilməsi SEPAH və Laricani tərəfindən müvəqqəti effekt üçün istifadəsi istisna deyil. Onsuz da radikalların Pezeşkian razılaşmalarını geri çevirməsi adi haldır və həm də onun nüfuzuna zərbə məqsədilə istifadə oluna bilər.

Pezeşkian həm İran daxilində, həm də ən əsası ABŞ və İsrail üçün məqbul fiqur kimi qəbul edilir. Prezident Trampın “İranın xəritəsi dəyişə bilər” açıqlaması fars teokratik rejimin parçalanmasının qarşısını almaq məqsədi ilə taktiki geri addım ola bilər. Azərbaycanlı Pezeşkian və Cənubi Azərbaycan vəhdəti Trampın “xəritə” məsələsində rejimi narahat etməyə bilməz.

İranın ABŞ və İsrailə tabeçilik əlamətləri həm də İranın keçmiş XİN başçısı Cavad Zərifin İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ və İsrailin istəyinə uyğun Rusiyaya verilməsinin qəti əleyhinə çıxması ilə özünü göstərir.

Vüqar Dadaşov


#vuqardadasov #millicebhepartiyasi #siyasi #politics #xəbərlər

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər