Misir-Azərbaycan Dostluq Cəmiyyətində 91 uşağa diplom təqdim olunub

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan uşaqlara diplomların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir.

O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətin ofisi ötən illər ərzində minlərlə yerli və xarici tələbəyə xidmət göstərib. Son illərdə isə xüsusilə uşaqların təhsilinə daha çox diqqət ayrıldığı vurğulanıb.

İdarə Heyətinin sədri əlavə edib ki, hazırda isə 61 ölkədən 650-dən çox şəxs burada ödənişsiz əsasda təhsilini davam etdirir. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər sahələr daxildir.

Qeyd olunub ki, uşaqlar üçün təşkil olunan bu tədbir Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İraq, Livan, Suriya və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər