"Azərbaycanın İrana yardımı yalnız qonşu ölkəyə dəstək vermək deyil"
Azərbaycanın İrana humanitar yardımı rəsmi Bakının xeyirxah və məsuliyyətli siyasətinin bariz nümunəsi kimi qiymətləndirirəm.
Bunu Avrasiya.net-ə politoloq Aydın Tağıyev deyib.
O, qeyd edib ki, bu addım, yalnız qonşu ölkəyə dəstək vermək deyil, həm də regionda sabitlik və qarşılıqlı etimad mühitinin gücləndirilməsi məqsədi daşıyır:
"Humanitar yardım Azərbaycanın beynəlxalq aləmdə humanist və konstruktiv tərəfdaş imicini möhkəmləndirir, diplomatik münasibətlərdə yeni dialoq imkanları açır. Rəsmi Bakı bu təşəbbüslə həm regional həmrəylik mesajı verir, həm də müharibə şəraitində insan amilini ön plana çıxardığını nümayiş etdirir".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
