Ölkə faktiki müharibə şəraitindədir - Nəhyan

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Birləşmiş Ərəb Əmirlikləri faktiki olaraq müharibə vəziyyətindədir.

Axar.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan deyib.

"Hazırda müharibə şəraitində yaşayırıq, söz verirəm ki, ölkəmizin və onun sakinlərinin müdafiəsi ilə bağlı üzərimə düşən öhdəlikləri yerinə yetirəcəyəm. Hər kəsə söz verirəm ki, BƏƏ bu vəziyyətdən daha güclü çıxacaq", - o bildirib.

Prezident həmçinin vurğulayıb ki, ölkənin silahlı qüvvələrinin dövlət təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri İranın atdığı raketləri və PUA-ları ələ keçirdiyini bildirmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər