Samuxda oğul anasını bıçaqladı
Dərc olunub:
Bu gün, 10:22
Samux rayonunda 46 yaşlı qadın bıçaqlanıb.
Hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.
Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
