"İrana güvənmək olmaz"

İran və Azərbaycan arasında müqayisə edilməz dərəcədə istər daxildə, istərsə də xarici siyasətdə fərq var. İran terrorizmi dəstəkləyən ölkə imici qazanıb və proksi qrupların arxasında məhz İran dayanır və özünün çirkin planların həyata keçirilməsi üçün onlardan istifadə edir.

Bunu Avrasiya.net-ə politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib ki, daxildə baş verənlər, etirazlar dalğası, kütləvi şəkildə həbslər və edam cəzaları bu ölkənin nə qədər qeyri-insani qaydalarla idarə olunduğunu göstərir:

"Azərbaycanın bu ölkəyə qarşı yürütdüyü əsil qonşuluq və dostluq münasibətləri qarşılığında bu gün Azərbaycana qarşı dron hücumları onu göstərdi ki, İrana güvənmək olmaz və baş verən insidentlə bağlı dünyanın hər yerindən Azərbaycan prezidenti İlham Əliyevə zənglər olundu və İranın ölkəmizə qarşı hücumları ciddi şəkildə pisləşdi.

Əlbəttə ki bütün bunlar Azərbaycana beynəlxalq səviyyədə dəstəyin ifadəsidir və hesab edirəm ki başda Səudiyyə Ərəbistanı olmaqla, Azərbaycana qarşı əsil İslam həmrəyliyi göstərildi və məhz belə hallarda bu kimi ehtiyac duyulan zənglər heç şübhəsiz ki, Azərbaycanın indiyə qədər sərgilədiyi mövqeyinin göstəricisi və nəticəsidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər