"Bu, molla rejiminin nankorluğunun növbəti təzahürüdür"

“5 mart 2026-cı il tarixində İran tərəfindən Naxçıvana edilən dron hücumu Azərbaycana qarşı İran dövləti səviyyəsində həyata törədilən terror aktıdır. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki obyeklər İran tərəfindən hədəf alınaraq namərd atəşə məruz qalıb. Bu terror aktı regionda təhlükəsizlik və siyasi münasibətlər baxımından ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu hadisə hansısa təsadüfi bir hərbi insident deyil, bu, regionda formalaşan geosiyasi mühitə yönələn çox təhlükəli mesajdır və buna adekvat siyasi qiymət və cavab verilməlidir”.

Bunu Avrasiya.net-ə açıqlamasında deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, İran ərazisindən Naxçıvana həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. “Azərbaycanın suveren ərazisinə qarşı belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir”, - vurğulayıb.

O əlavə edib ki, bu hadisəyə görə məsuliyyət tam şəkildə İran üzərinə düşür: “İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi çökməkdə olan molla rejiminin Azərbaycana münasibətdə sərgilədiyi riyakarlığın və nankorluğun növbəti təzahürüdür. Mülki infrastruktura qarşı dron hücumunun təşkil edilməsi hərbi güc nümayişindən daha çox acizlik, namərdlik və qorxaqlıq əlamətidir.

Xüsusilə mülki vətəndaşların istifadə etdiyi obyektlərin hədəf seçilməsi beynəlxalq humanitar hüququn prinsiplərinin kobud surətdə pozulmasıdır”.
Deputat hesab edir ki, İran qısa zaman ərzində bu məsələyə tam aydınlıq gətirməli, baş verən hadisə ilə bağlı rəsmi izahat verməli, Azərbaycandan üzr istəməli, bu terror aktını törədənləri cinayət məsuliyyətinə cəlb edilməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir: “Əks halda bu hadisə regionda etimad mühitinə ciddi zərbə vuracaq və qarşıdurma riskini artıracaq.

Hazırkı vəziyyətdə İranın beynəlxalq aləmdə təkləndiyi bir məqamda Azərbaycanın sərgilədiyi belə bir mövqe qarşısında İranın Naxçıvana dron hücumları təşkil etməsi nankorluğun son həddidir.

Hesab edirəm ki, dövlət başçısının baş verən hadisə ilə bağlı verdiyi mesaj, həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə açıq və aydın siqnaldır. Azərbaycan öz milli təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq hüququna malikdir.

Tarix də göstərir ki, Azərbaycana qarşı təxribat və hücumlara əl atan qüvvələr sonda bunun peşmanlığını yaşayıblar. Hesab edirəm ki, İran tərəfi də bu məsuliyyətsiz və təhlükəli addımın nəticələrini ciddi şəkildə düşünməlidir.

Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu kimi hücum aktlarının cavabsız qalmayacağı barədə mövqeyini açıq şəkildə ifadə edib.
Hesab edirəm ki, regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün bütün dövlətlər məsuliyyətli davranmalı, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli və təxribat xarakterli addımlardan çəkinməlidirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər