Mərakeş Azərbaycana dron hücumlarını qətiyyətlə pislədi

6 mart 2026-cı il tarixində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

XİN-dən Avrasiya.net-ə verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov həmsöhbətinə 5 mart 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası istiqamətində İran İslam Respublikası tərəfindən həyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlar ölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər