Azərbaycan nefti bahalaşır: qiymət 89 dolları ötdüDünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,1 faiz artaraq 89,12 ABŞ dollara çatıb. Ötən gün “Brent” markalı neftin bir bareli 86,06 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.
Azərbaycanda orta aylıq əmək haqqı artdıÖtən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ili8n eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və yaxud 1,2 % artaraq 1 704,9 min nəfər olub.

Bu barədə Avrasiya.net-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5 %-i təhsil, 18,6 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 %-i sənaye, 8,1 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,8 %-i maliyyə və sığorta fəaliyyəti, 13,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 % artaraq 724,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
"Azəriqaz" minə yaxın işçisinə töhmət verib2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.

Avrasiya.net-in məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb", - deyə o, qeyd edib.

Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycana yatırdığı sərmayənin məbləği açıqlanıb"Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir".

Avrasiya.net xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud krallığın “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxış edərək deyib.

O bildirib ki, iki ölkə arasında bir çox oxşarlıqlar var: "Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat və cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyublar. Odlar yurdu Azərbaycan birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyi olduğunu iddia edə bilər, çünki hələ XIX əsrdə burada quyulardan neft hasil edilirdi. Hazırda biz bu gün bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa sahibik".

Nazirin sözlərinə görə, "ACWA Power" 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq krallığın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub: "Bu gün qeyd etdiyimiz kimi Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq.

Əlavə olaraq "ACWA Power" şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək".
Unun qiyməti artdı – Deputat kəskin etiraz etdiUnun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən dotasiya verib. Çörəyin, unun qiyməti aşağı səviyyədə saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, unun qiymətini birdən-birə bu qədər artırmaq olmaz:

"Belə artım gözlənilən deyildi. Belə artımlar varsa, hökumət unun qiymətini stabil saxlamaq üçün dövlət büdcəsindən dotasiya ayırmalıdır. Ehtiyat kifayət qədərdir. Biz insanların əmək haqqını, pensiyasını və müavinətini 20-40 manat artırmışıqsa, birdən-birdən belə qiymət artımı problemlər yarada bilər. Bunun qarşısını almaq lazımdır".

Deputat bildirib ki, həm bayramdan əvvəl, həm də bayramdan sonra obyektiv qiymət artımı ilə yanaşı, bəzi sahibkarlar subyektiv qiymət artımı edirlər:

"Bunun da qarşısı alınmalıdır. 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qiymət artımı ilə bağlı Baş nazirə müraciət etdik. Bildirdik ki, qiymət məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Qeyd olundu ki, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. İndi unun qiymətinin bu qədər artması qəbuledilən deyil. Ola bilər ki, əhalinin sosial vəziyyətində problemlər yaratsın. Təklif edirəm ki, unun qiymətinə dotasiya verilsin və əvvəlki qiymətində saxlanılsın".

V.Əhmədov vurğulayıb ki, bayramqabağı bütün məhsullarda süni qiymət artımı var idi:

"Qiymət artımı ciddi problemdir. Xaricdən taxıl və digər məhsullar idxal edirik. Başa düşürəm ki, xaricdə də böyük ərzaq qıtlığı var. Taxılın və digər məhsulların qiyməti artıb. Çalışmaq lazımdır ki, öz ölkəndə istehsal edəsən və ya ehtiyatın olsun ki, bazarı müəyyən qədər tənzimləyə biləsən. Subyektiv qiymət artımlarına gəlincə isə hökumət bunun qarşısını almalı, tədbirlər görməlidir".

Bu gündən yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIRAzərbaycanda yaşayış minimumu, ehtiyac meyarı, əmək pensiyasının minimum məbləği artırılıb.

Avrasiya.net xəbər verir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, bu il üçün yaşayış minimumu yanvarın 1-dən ölkə üzrə 196 manatdan 210 manat qaldırılıb.

Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 170 manatdan 200 manata qaldırılıb.

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə əsasən isə əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunub. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılıb. Ötən il əmək pensiyasının minimum məbləği 200 manat olub.
“Azəriqaz”dan qaz limiti ilə bağlı AÇIQLAMAMexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər.

Bu barədə Avrasiya.net-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.

Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərə bilər.

Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.
Diplomat investorlara xidmətlə bağlı videokonfrans təşkil edibBƏƏ-in Bakıdakı səfirliyi müvəqqəti işlər vəkili Abdalla Alshamsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatasının Bakı ofisinin direktoru Sənan Nəsiblinin iştirakı ilə https://www.investemirates.ae/ saytında investorlara təqdim edilən xidmətlərlə bağlı videokonfrans vasitəsilə təqdimat təşkil edib.

Tədbirdə Azərbaycandan olan investorlar üçün Dubayla yanaşı, digər əmirliklərdə də mövcud olan biznes fürsətləri, eləcə də saytdan istifadə qaydası, güzəştlər, qanunlar, BƏƏ-dəki investisiya mühitinə dair digər məlumatlar verilib.

Məlumatın istinad linki https://twitter.com/uaeembassyaz
Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində Anlaşma memorandumu imzalanıbAzərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlığa dair İcra Sazişi çərçivəsində Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, bu gün imzalanan Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır: "Bilirsiniz ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var. İmzaladığımız sənədlə iki ölkənin dağ-mədən şirkətləri ilə tərəfdaşlıq münasibətlərində yeni bir səhifə açılmış oldu.

Memoranduma uyğun olaraq, elmi-texniki əməkdaşlığa dair razılığa gəlindi. Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaq.

Əminəm ki, birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Heç şübhəsiz, birgə aparacığımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik".

SOCAR əməkdaşlarının maaşları artırılacaq - Rövnəq Abdullayev açıqladıDövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.

Avrasiya.net xəbər verir ki, bunu report-a açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar mimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.