Azərbaycan iqtisadiyyatı 2%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 2%-ə yaxın artıb2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 884,5 manata bərabər olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər