“Bulvardakı tülpanlar: problem məsuliyyətsizlikdir”

“Bulvardakı tülpanlar: problem məsuliyyətsizlikdir”Son günlər Bakı bulvarında əkilmiş tülpanların məhv edilməsi ilə bağlı yayılan görüntülər cəmiyyət olaraq üzərimizə düşən məsuliyyəti bir daha xatırladıb. Güllüklərə daxil olaraq şəkil çəkdirmək ilk baxışda estetik istək kimi görünsə də, nəticədə şəhərin gözəlliyinə və ekoloji mühitə ciddi zərər vurur.

Mövzu ilə bağlı “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib ki, bu məsələyə təkcə vətəndaş və QHT rəhbəri kimi deyil, həm də vaxtilə Dənizkənarı Bulvar İdarəsinin İctimai Şurasında təmsil olunmuş və bir müddət onun sədri kimi fəaliyyət göstərmiş şəxs kimi yanaşır. Onun sözlərinə görə, həmin dövrdə dəfələrlə vurğulanıb ki, ictimai nəzarət və vətəndaş məsuliyyəti olmadan inzibati tədbirlər uzunmüddətli nəticə vermir.

“İctimai yaşıllıqların qorunması üçün tətbiq olunan cərimələr müəyyən qədər çəkindirici rol oynasa da, bu, problemin tam həlli deyil. Əsas məsələ insanların daxili məsuliyyət hissinin formalaşdırılması və ictimai mülkiyyətə düzgün münasibətin yaradılmasıdır.Ekoloji maarifləndirmə və ictimai nəzarət bu kimi halların qarşısını almaqda daha effektiv vasitələrdir.Uşaqlıqdan aşılanan təbiət sevgisi, sosial mediada düzgün davranışın təşviqi və vətəndaşların bir-birinə qarşı məsuliyyətli yanaşması uzunmüddətli dəyişiklik yarada bilər”, – deyə o vurğulayıb.

Onun fikrincə, problem təkcə məlumat azlığı ilə bağlı deyil. “Əksər insanlar güllərə zərər verməyin yanlış olduğunu bilir, lakin buna baxmayaraq şəxsi maraqlarını üstün tuturlar. Bu isə məsuliyyət hissinin yetərincə formalaşmadığını göstərir”, – deyə açıqlamada bildirilir.

Sədr əlavə edib ki, keçmişdə bu sahədə idarəçiliklə bağlı müəyyən problemlər olub və bu da ictimai etimada təsir göstərib. Bununla belə, ayrı-ayrı neqativ halların ümumi məqsədi kölgə altına almaması vacibdir.

Ramil Əliyev: “Təəssüf ki, keçmişdə bu sahədə idarəçiliklə bağlı da ciddi problemlər olub və bu, ictimai etimadı zəiflədib. Amma ayrı-ayrı neqativ hallar bütöv sistemi və ya ümumi məqsədi kölgə altına almamalıdır. Əsas məsələ bu gün və gələcək üçün düzgün yanaşmanı formalaşdırmaqdır”.

Şəhər hər kəsin ortaq evidir və onu qorumaq hər bir vətəndaşın borcudur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər