Seçkiöncəsi II Qaregin yenidən zühur edib

Ötən dövr ərzində Ermənistan baş naziri kilsənin yaratdığı acınacaqlı durumndan imtina etməyə cəhd göstərib. Əslində bu proses N.Paşinyanın “II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var” iddiaları ilə gündəmə gəlmişdi. Baş nazirın komandasının sərrast ittihamlarından və effektli tədbirlərindən sonra II Qaregin bir müddət qeyb olmuşdu. Amma, lakin Erməni Apostol Kilsəsinin rəhbəri yenidən peyda olub. Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında II Qaregin erməni diasporuna müraciət ünvanlayıb. Muraciətdə diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi çağırışı da yer alıb.

Bunu Avrasiya.net-ə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, həmçinin erməni mediasının verdiyi məlumata görə, katolikos 12 aprel tarixində gənclərlə görüşündə bəzi mesajlar verib. O, çıxışında bildirib: “Arzuolunmaz bir vəziyyətlə üz-üzəyik, belə ki, kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb”.
Heç şübhəsiz ki, II Qaregin Ermənistanda seçkiöncəsi Rusiyanın dəstəklədiyi revanşistlərə dəstək məqsədilə erməni diasporunun və digər qüvvələrin köməyindən yararlanmaq istəyir. Bütün bu proseslərdə Şimal qonşumuzun barmaq izləri görünür:

"Tarixə nəzər salsaq Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən hər zaman yararlanmağa çalışıblar. Onu da unutmaq olmaz ki, Moskva Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistanı asanlıqla əldən buraxacağı inandırıcı deyil və iyun seçkisi yaxınlaşdıqca digər sürprizlər gözləmək olar. Rusiya bütün vasitələrə əl atacaq ki, regionda hegemonluğunu qoruyub saxlaya bilsin. Zavallı Paşinyanın buna necə tab gətirəcəyini zaman göstərəcək. Unumayaq ki, Ermənistanda parlament seçkisi həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir".

"Amma bir zərururi məqam odur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir" - politoloq deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər