Masazırda iki qadın qətlə yetirildi
Dərc olunub:
Dünən, 13:02
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
