Xamenei sağlamdır və ölkəni idarə edir - XİN
Dərc olunub:
Dünən, 17:24
İranın ali lideri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkəni idarə edir.
Bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“O, sağlamdır və hər şeyə nəzarət edir”, - Xətibzadə bildirib.
Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq xarici işlər nazirinin müavini bunun hazırkı son dərəcə təhlükəli vəziyyətlə bağlı olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın hərbi naziri Pit Heqset İranın dini lideri Müctəba Xameneinin əlil qaldığını bildirmişdi.
