Pxenyan regionu qaranlığa qərq edəcək - Yeni silah
Dərc olunub:
Dünən, 13:38
Şimali Koreyanın dövlət mediası elektromaqnit silah sistemlərinin və karbon bombalarının uğurlu sınaqları barədə məlumat verib. Kim Çen İn bunu xüsusi strateji aktivlər adlandırıb.
Bu barədə “Blumberq” məlumat yayıb.
“Sınaqlar bazar ertəsindən çərşənbə gününə qədər üç gün davam edib. Pxenyan ilk dəfə olaraq avadanlıqları sıradan çıxarmaq üçün enerjidən istifadəni açıq şəkildə müzakirə edib.
Karbon lifli bombalar həmçinin “blekaut bombalar” kimi də tanınır, elektrik şəbəkələrini sıradan çıxarmaq və bütün regionu qaranlığa qərq etmək üçün nəzərdə tutulub. Şimali Koreya tərəfindən də sınaqdan keçirilmiş elektromaqnit silahlar fərqli şəkildə işləyir - mikroçipləri və rabitə avadanlıqlarını yandırır”, - məlumatda qeyd olunub.
